• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Avropa od tutub yanır

  • Dünya
  • 13 Avqust 2015 05:13
  • 812 Baxış
Avropa od tutub yanır

Bir neçə günlük sərin havadan sonra Avropada yenidən istilər hökm sürməyə başlayıb. Almaniyanın cənub-qərb hissəsində, xüsusən də Bavariya federal əyalətində temperatur 40,3 dərəcəni keçib.

Almaniyanın cənub qonşusu Avstriyada da son 248 ildə belə isti hava qeydə alınmayıb. Bu ölkədə temperatur 40,5 dərəcəni ötüb. Davamlı qaynar hava nəticəsində yaranan quraqlıq ən çox ölkənin kənd təsərrüfatı sektoruna ziyan vurub. Xüsusən də üzümçülük sahələri quraqlığın qurbanına çevrilib.

Qədim qitədə artıq Elba, Dunay və digər böyük və xırda çaylarda suyun səviyyəsi minimuma enib. Gəmilərin hərəkəti də iflic vəziyyətə düşüb. Almaniyada gəmi paradı kimi tanınan festival isti hava üzündən təxirə salınıb.

Temperaturun 39 dərəcəyə yüksəldiyi Polşada isə şəhər administrasiyası əhalini su və elektrik enerjisinə qənaət etməyə çağırıb.

Praqada 40 dərəcəlik istiyə isə heyvanlar belə tab gətirməyib. Bu səbəbdən bütün zooparklarda heyvanlara yardım məqsədilə fövqəladə vəziyyət elan edilib.

Analoji quraqlıq Portuqaliya və İspaniyada da hökm sürür. Küləklə müşahidə olunan güclü istilər artıq bir neçə gündür ki, meşə yanğınlarının sayını artırıb.

Sinoptiklərin proqnozuna görə, arzuolunmaz hava şəraiti qitənin əksər hissəsində hələ ayın sonunadək davam edəcək.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR