Pentaqonda sirr qalmadı: İŞİD 1400 hərbçinin məlumatlarını dərc etdi
Bizi izləyin

Dünya

Pentaqonda sirr qalmadı: İŞİD 1400 hərbçinin məlumatlarını dərc etdi

“İslam dövləti” (İŞİD) terrir qruplaşmasının hakerləri 1400 Amerika hərbi qulluqçusu barədə informasiyaları dərc edib.

Publika.az CNN-ə istinadən xəbər verir ki, sözügedən informasiyalara hərbi qulluqçuların ev ünvanları, telefonlar və kredit kartlarının nömrələri daxildir.

İŞİD həmin hərbi qulluqçuları potensial hədəf elan edib.

ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat xidməti Ceffri Pul da bildirib ki, göstərilən informasiyaların əksəriyyəti artıq aktual deyil. Ancaq o, əlavə edib ki, bu cür hadisələr hərbi qulluqçular haqqında məlumatların məxfiliyinin yenidən gözdən keçirilməsini zəruri edir.

Xatırladaq ki, İŞİD-ə yaxın olan haker qrupu ABŞ Hərbi Hava Qüvvələri və NASA-da xidmət edən dövlət qulluqçularının elektron ünvanları, ev telefonları və ünvanlarını ələ keçirib. Terrorçular ünvanları bilinən hərbçilərin evlərinə hücum ediləcəyi haqqında bəyanat yayıblar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm