Abdullah Öcalanın “demokratik muxtariyyət” layihəsi reallaşır
Bizi izləyin

Dünya

Abdullah Öcalanın “demokratik muxtariyyət” layihəsi reallaşır

PKK terror təşkilatının lideri Abdullah Öcalan tərəfindən hazırlanmış “demokratik muxtariyyət” adlanan layihəsinin Türkiyənin Şərq və Cənub-şərqində tətbiqinə başlanılıb.

Publika.az-ın “Milliyyət” qəzetinə istinadən verdiyi məlumata görə, son günlər Türkiyə ordusu ilə PKK arasında qarşıdurmaların yenidən alovlanması terror təşkilatının lideri Abdullah Öcalanı hərəkətə gətirib.

Qəzetin yazdığına görə, bu günlərdə A.Öcalan PKK terrorçularına Türkiyədə separatçılığı dəstəkləyən gizli təlimatlar verib. Bu təlimatlatlardan biri də PKK-çıların “özünü müdafiə” adı altında silahlı dəstələr yaratmasıdır.

Xatırladaq ki, mərkəzi Diyarbəkirdə yerləşən “Demokratik Toplum Konqresi” (DTK) tərəfindən 2010-cu ilin dekabrında elan edilən “demokratik muxtariyyət” idarəçilik sistemi çərçivəsində Şərq və Cənub-şərqdə ictimai, siyasi və təhlükəsizlik sahəsində təşkilatlanmağa gedilməsi qərarı alınıb. Bölgədə mərhələli şəkildə həyata keçirilməsini nəzərdə tutan kürd muxtariyyəti bu qərarın icrasını problemin həll prosesi səbəbi ilə təxirə salmışdı.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm