
Kanadanın qərb əyaləti Albertaya cümə günü gözlənilmədən ilk qar yağıb.
Yağıntı əyalətin böyük meqapolisi – Kalqari şəhəri yaxınlığında, bölgənin cənubundakı dağlıq ərazidə qeydə alınıb.
Qeyd edək ki, ötən il də bu bölgədə qar vaxtından əvvəl - sentyabrın əvvəllərində yağmışdı. Adətən Albertada ilk qar oktyabrın sonlarında yağır.