Taktika dəyişdi: PKK ABŞ silahları ilə Türkiyəyə gəlir
Bizi izləyin

Dünya

Taktika dəyişdi: PKK ABŞ silahları ilə Türkiyəyə gəlir

Şimali İraqda və Türkiyə daxilində ağır itkilərə məruz qalan PKK terror təşkilatı Suriyanın şimalındakı planlarını dəyişib.

Publika.az “Sabah” qəzetinə istinadən xəbər verir ki, PKK Suriyanın şimalına göndərdiyi təcrübəli döyüşçülərini geri çağırıb.

Ankaraya təqdim olunan kəşfiyyat hesabatına görə, ABŞ-ın PYD-yə (PKK-nın Suriya qolu) verdiyi silahlarla Kandilə qayıtmağa hazırlaşan terrorçular dağlıq ərazidən Türkiyəyə sızmağa çalışacaq.

Kəşfiyyat hesabatına görə, Türkiyə qırıcılarının Kandildəki düşərgələrin 80 faizini məhv etməsi terror təşkilatını iflic edib. İyulun 22-də başlayan əməliyyatlarda öldürülən PKK terrorçularının sayı 814-ə, yaralıların sayı isə 750-yə çatıb. Təşkilatın lider heyəti İran və Suriya düşərgələrinə qaçıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm