Koreya yarımadasında sülh əldə edildi
Bizi izləyin

Dünya

Koreya yarımadasında sülh əldə edildi

Koreya Xalq Demokratik Respublikası və Cənubi Koreya arasında keçirilən danışıqlar müsbət yekunlaşıb.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, tərəflər hərbi qarşıdurma səviyyəsinin azaldılması haqqında razılığa gəliblər.

Seul danışıqların nəticəsi olaraq neytral zona boyunca yerləşdirdiyi səsucaldanlardan yayımı dayandıracaq. Şimali Koreya isə ordunun döyüş hazırlığı vəziyyətini ləğv edəcək. Tərəflər həmçinin Seul və Pxenyanda hökümətlərarası danışıqların keçirilməsi barədə razılaşıblar.

Ailələrin yenidən görüşdürülməsinə qarşılıqlı kömək haqqında qərar iki ölkənin rəsmi şəxslərin görüşünün daha bir nəticəsi olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm