Mahaçqalanın sabiq meri ömürlük azadlıqdan məhrum olundu
Bizi izləyin

Dünya

Mahaçqalanın sabiq meri ömürlük azadlıqdan məhrum olundu

Rusiyanın Mahaçqala şəhərinin sabiq meri Səid Əmirov barəsində məhkəmə prosesi başa çatıb.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Şimali Qafqaz Dairəs Hərbi Məhkəməsi terrorçuluqda ittiham olunan sabiq meri ömürlük azadlıqdan məhrum edib.

“Əmirovun günahları sübuta yetirilib. Məhkəmə cəzaların qismən toplanması yolu ilə Əmirovun ömürlük azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb”, - hakim deyib.

Sabiq mer cəzasını xüsusi rejimli koloniyada çəkəcək. Prosesin digər iştirakçıları 9 ildən 22 ilə qədər həbs cəzası alıblar.

Səid Əmirovun müdafiəçiləri hökmdən şikayət edəcəklər. Onun vəkili Vladimir Postanyuk məhkəmə hökmünün ədalət və qanunlardan uzaq olduğunu bildirib. Onun sözlərinə görə, məhkəmənin ədaləti təmin etmək niyyəti yox idi.

Qeyd edək ki, 2014-cü ildə Şimali Qafqaz Dairəsi Hərbi Məhkəməsi sabiq mer və onun bacısı oğlu Yusif Caparovu cinayət işlətdiklərinə görə məhkum etmişdi. O zaman onlar silah alveri və terror aktları hazırlamaqda günahkar hesab edilmiş, sabiq mer 10, bacısı oğlu isə 8 il 5 ay azadlıqdan məhrum olunmuşdu.

Sonradan prokurora Əmirovla bağlı faktlar təqdim olunub. Məlum olub ki, 2011-ci ildə mühakim Şimali Qafqazda cinayətkar təşkilatının yaradıcısı, eyni zamanda, həmin ildə Xəzər sahilində yerləşən “Moskva” ticarət və əyləncə kompleksində qətl hadisəsinin əsas sifarişçisidir. Qətlin vasitəçisi isə onun bacısı oğlu Yusif Caparovdur.


Araşdırmalar zamanı məlum olmuşdu ki, onlar Dağıstan Pensiya Fondunun rəhbəri Seyid Murtuzəliyevi öldürməli idilər. Müstəntiqlər deyir ki, Murtuzaliyev təyyarədə uçan zaman onu portativ zenit-raket sistemi ilə vurmaq istəyiblər.

Əmirov özü isə deyilənlərin yalan olduğunu və şahidlərin işgəncə altında ifadə verdiklərini söyləyib. Təqsirli bilinənlər arasında Əmirov və bacısı oğlu Caparovdan başqa, daha üç qardaş da var. Bunlar Murad Əliyev, Məhəmməd Kadiyev və Zübeyr Mutayevdir.

Xatırladaq ki, Əmirov 1991-dən 1998-ci ilə qədər Dağıstan Respublikasının hökumətinin sədr müavini postunu tutub. 1998-ci ildən 2013-cü ilə qədər isə Mahaçqalanın meri olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm