Su altında qalacaqsınız – DƏHŞƏTLİ PROQNOZ
Bizi izləyin

Dünya

Su altında qalacaqsınız – DƏHŞƏTLİ PROQNOZ

Qlobal istiləşmə nəticəsində buzlaqların sürətlə əriməsi qarşıdakı 100 il ərzində çoxlu ada ölkəsi və şəhəri su altında qoya bilər.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Amerika Milli Kosmik Agentlyinin araşdırmasında deyilir.

NASA-ya görə, dəniz səviyyəsi qarşıdakı 100-200 il ərzində ən azı bir metr yüksələcək. Tokio ilə Sinqapur kimi nəhəng şəhərlər də təhlükə qarşısında olan şəhərlər siyahısındadır. Araşdırmada əksəriyyəti Asiya qitəsində olmaqla 150 milyondan çox insanın hazırda dəniz səviyyəsindən bir metr yüksəklikdə yaşadığı qeyd olunub.

NASA və Fransa Kosmos Agentliyi (CNES) 1992-ci ildən başlayaraq süni peyklər vasitəsilə məlumat toplayır. Peyk məlumatlarına görə, okeanların səviyyəsi 1992-ci ildən 7,6 santimetr yüksəlib. Dəniz səviyyəsinin yüksəlməsinə ən çox təsir edən amil isə buzlaqların əriməsidir. Qrenlandiya adasındakı buzlaqların əriməsi alimləri daha çox narahat edir. Son 10 ildə burada ildə orta hesabla 303 milyard ton buz əriyib.

NASA-nın mütəxəssiləri qarşıdakı 100-200 il ərzində dəniz səviyyəsinin üç metrə qədər yüksəlməsini belə mümkün hesab edirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm