“Şimal” batalyonunun komandir müavini və arvadı güllələndi
Bizi izləyin

Dünya

“Şimal” batalyonunun komandir müavini və arvadı güllələndi

Çeçenistan Respublikasının paytaxtı Qroznıda Daxili Qoşunların “Şimal” batalyonunun komandir müavini və arvadı öldürülüb.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə güc strukturlarındakı mənbə bildirib.

Onların cəsədləri bu gün səhər tezdən “Şimal” batalyonunun yataqxanasında aşkar edilib. Cinayət yerində “Makarov” tipli tapança tapılıb.

Mənbə əlavə edib ki, operativ-istintaq qrupu şübhəli şəxsi saxlayıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm