Ukrayna parlamentində partlayış: ölən və yaralanan var – VİDEO (YENİLƏNİB)
Bizi izləyin

Dünya

Ukrayna parlamentində partlayış: ölən və yaralanan var – VİDEO (YENİLƏNİB)

Ukraynanın Ali Radasının binası qarşısında qarşıdurmalarda 100 nəfər zərər çəkib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

Onun sözlərinə görə, Ali Radanı müdafiə edən hərbi qulluqçuların arasında həlak olanlar var.

“Məndə artıq informasiya var ki, həlak olanlar var. Milli Qvardiyanın gəncləri həlak oldular”, - Kliçko jurnalistlərə deyib.

“Unian” agentliyi iki hərbi qulluqçunun öldürüldüyünü xəbər verib. Məlumata görə, Ali Radanı mühafizə edən hərbi qulluqçulara qumbara atan şəxs də tutulub.

Qeyd edək ki, Ukraynanın Ali Radası bu gün Konstitusiyaya dəyişikliklərin daxil edilməsi haqqında qanun layihəsini birinci oxunuşda səsverməyə çıxarıb. Dəyişikliklərə etiraz edənlər Ali Radanın qarşısında etiraz aksiyası keçiriblər.

17:11

Ukrayna Ali Radasını mühafizə edən hərbi qulluqçuların üzərinə döyüş qumbarası atılıb.

Publika.az “Unian”a istinadən xəbər verir ki, bu barədə agentliyin hadisə yerində olan əməkdaşları bildiriblər.

Hadisə barəsində həmçinin Ukrayna Daxili İşlər nazirinin məsləhətçisi Anton Geraşenko “Facebook” səhifəsində yazıb. O həmçinin Milli Qvardiyanın bir neçə hərbi qulluqçusunun ağır yaralandığını deyib. Onların həyatına təhlükənin olduğu deyilir.

“112 Ukrayna” telekanalın hadisə yerində olan əməkdaşı isə 15 hərbi qulluqçunun yaralandığını xəbər verib.

Daxili İşlər Nazirliyinin əməkdaşları cinayətkarların tutulması üçün axtarış-əməliyyat tədbirlərinə başlayıb.

Rəsmi məlumatlara görə, hadisə zamanı 50 nəfər yaralanıb. Onlardan 4 nəfərinin vəziyyətinin ağır olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm