Çılpaq modelə polisdə vəzifə verildi - FOTOLAR/VİDEO
Bizi izləyin

Dünya

Çılpaq modelə polisdə vəzifə verildi - FOTOLAR/VİDEO

Saakaşvili Odessada kadr siyasəti ilə yenidən hamını təəccübləndirib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Qubernator yerli milis idarəsinin mətbuat katibliyinə məşhur model Anna Pençeyevanı təyin edib. 28 yaşlı qız keçmişdə fotomodel və dəb kanalının aparıcısı kimi fəaliyyət göstərib.

Yerli KİV-in verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarına işə düzələn Annanın zəngin keçmişi olub. Annanın atası onun çalışdığı məşhur gecə klublarından birinin sahibi olub. 5 il ərzində gənc modelin çılpaq fotoları müxtəlif jurnalların üz qabığını bəzəyib.

Hüquq-mühafizə orqanlarında işə başlasa da, Anna “Maxim” jurnalına çılpaq poza verməkdən də imtina etməyib.

Qeyd edək ki, Odessa milisinin əlindən yanıqlı olan qubernator hüquq-mühafizə orqanlarında “təmizləmə işləri”nə başlayıb.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm