Avstriya və Almaniya Yaxın Şərq qaçqınları barədə razılaşdı
Bizi izləyin

Dünya

Avstriya və Almaniya Yaxın Şərq qaçqınları barədə razılaşdı

Avstriya və Almaniya Yaxın Şərq ölkələrindən Macarıstana gələn qaçqınları öz ərazilərinə qəbul etmək barədə razılaşıblar.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Avstriya kansleri Verner Fayman “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, qərar Macarıstanın baş naziri Viktor Orbanla telefon danışıqları zamanı qəbul edilib və Almaniya kansleri Angela Merkellə uyğunlaşdırılıb. “Macarıstan sərhədindəki ağır vəziyyətə görə Avstriya və Almaniya qaçqınlara öz hərəkətini davam etdirməyə icazə verdi”, - Fayman yazıb.

Avropa Birliyinin bütün ölkələri tərəfindən imzalanmış sənəddə deyilir ki, qaçqınlar ilk yerləşdiyi ölkənin hökumətinə sığınacaq üçün xahiş etməyə məcburdurlar. Amma İraq, Suriya və Liviyadan gələn qaçqınların əksəriyyəti Macarıstan və Yunanıstan kimi Avropa Birliyinin kasıb ölkələrində qalmaq istəmir, Almaniya, Avstriya və İsveç kimi zəngin ölkələrə üz tuturlar.

“Eyni zamanda ümid edirik ki, Macarıstan qaçqınların ədalətli bölgüsü əsasında uyğun olan yükü qəbul etməyə hazırdır”, - Fayman qeyd edib.

Macarıstan hakimiyyəti Budapeşt dəmiryolu stansiyasında yerləşən qaçqınlar üçün təxminən 100 avtobus ayırıb. “Reuters” agentliyinin verdiyi məlumata görə, Faymanın bəyanatından sonra, qaçqınların olduğu avtobuslar Avstriya sərhədinə doğru hərəkət edib. Avstriya polisi təxminən iki min miqrantın sərhədə gəldiyini açıqlayıb. “Reuters”in məlumatına görə, bir gün sonra bu rəqəm iki dəfə arta bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm