Ermənilərin 3 hərbçisi öldü
Bizi izləyin

Dünya

Ermənilərin 3 hərbçisi öldü

Ermənistanın Martuni -Vardenis yolunda ağır yol-nəqliyyat qəzası hadisəsi nəticəsində 3 hərbçi həyatını itirib.

Publika.az "epress.am" saytına istinadən xəbər verir ki, “Mersedes" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb.

Yaralanan beş hərbi qulluqçu Vardenis şəhərinin hospitalına çatdırılıb. 29 yaşlı kapitan Taron Sedrakyan hospitala aparılarkən yolda ölüb, 38 yaşlı Qriqor Saakyan və Qevorq Vardanyan isə hospitalda dünyasını dəyişib.

Hazırda xəstəxanada müalicə olunan 28 yaşlı Arutyun Mirzoyan və 30 yaşlı Sevak Qasparyanın vəziyyəti orta ağır qiymətləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm