Seçkilərdə iştirak edəcək namizədlərin qeydiyyatı başa çatıb
Bizi izləyin

Dünya

Seçkilərdə iştirak edəcək namizədlərin qeydiyyatı başa çatıb

Sentyabrın 12-də Misirdə parlament seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatı başa çatıb.

Misir Ali Seçki Komissiyasının məlumatına görə, dünən ölkənin qanunverici orqanına seçkilərdə iştirak etmək üçün 5037 namizəd sənəd verib. Xalq Məclisinə qeydə alınmış namizədlərin sayı barədə son məlumat yaxın günlərdə açıqlanacaq.

Misir parlamentinə seçkilər bu ilin oktyabr-noyabr aylarında iki mərhələdə keçiriləcək. Birinci tur oktyabrın 18-19-da 14 əyalətdə, ikinci tur noyabrın 22-23-də qalan 13 regionda keçiriləcək. Ehtiyac olsa, oktyabrın 26-28-də və noyabrın 30-dan dekabrın 2-dək təkrar səsvermə keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm