Misirdə daha 8 nəfər edam olunacaq
Bizi izləyin

Dünya

Misirdə daha 8 nəfər edam olunacaq

Misirdə “Müsəlman Qardaşları” Təşkilatının üzvləri barəsində növbəti məhkəmə hökmü elan edilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, polis və məhkəmə binalarına hücum etməkdə ittiham olunan 8 nəfər ölüm cəzasına məhkum olunub, 77 nəfər isə ömürlük azadlıqdan məhrum edilib.

Bundan başqa 5 nəfər bəraət qazanıb, 29-u isə 10 ildən 15 ilə qədər azadlıqdan məhrum olunub. Barəsində məhkəmə hökmü çıxarılan şəxslərin daha yüksək məhkəmə instansiyasına etiraz etmək hüquqları var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm