Əsəd Qərbin planlarını ifşa etdi
Bizi izləyin

Dünya

Əsəd Qərbin planlarını ifşa etdi

“Qərb və Türkiyə “Əl-Nüsrə” Cəbhəsini və İŞİD terror təşkilatını silah, pul və könüllülərlə təchiz edir”.

Publika.az xəbər verir ki, bu sözləri Suriya prezidenti Bəşər Əsəd Rusiya KİV-nə verdiyi müsahibəsində deyib.

Əsədin sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan və baş nazir Əhməd Davutoğlu Qərb, ilk növbədə ABŞ-la razılaşdırılmaan heç bir addımı atmayacaqlar.

Dövlət başçısı qeyd edib ki, Qərb “Əl-Nüsrə” Cəbhəsi və İŞİD terror təşkilatlarından regionda rıçaq kimi istifadə edir.

“Hazırda Qərb “Əl-Nüsrə” Cəbhəsindən İŞİD-ə qarşı istifadə etmək istəyir. Ola bilər ki, İŞİD hansısa ölçüdə onların nəzarətindən çıxıb. Ancaq bu o demək deyil ki, onlar İŞİD-i məhv etmək istəyirlər. Əgər istəsəydilər, bunu edərdilər. İŞİD-ə qarşı koalisiya elə ölkələrlə birlikdə yaradılıb ki, onlar terrorizmi dəstəkləyirlər. Məsələn, Türkiyə, İordaniya və Səudiyyə Ərəbistanı kimi ölkələr koalisiya tərkibində Suriyanın şimalında terrorizmə qarşı mübarizə aparır, amma cənubda və şimali-qərbdə terrorizmi dəstəkləyirlər”, - Suriya lideri vurğulayıb.

Əsədin fikrincə, indiki terror strukturları zəhərli ideologiyanın yayılması üçün Qərbin planlarının üçüncü dalğasıdır: “Ötən əsrin əvvəllərində “Müsəlman Qardaşları” ilə birinci dalğa gəldi. İkinci dalğa Əfqanıstanda SSRİ-yə qarşı vuruşan “Əl-Qaidə” idi. Üçüncü dalğa isə İŞİD, “Əl-Nüsrə” Cəbhəsi və digər onlarla təşkilatdır. İŞİD və digər qruplaşmalar nədir? Bunlar Qərbin ekstremist layihəsidir”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm