Saakaşvilinin bu davranışları jurnalistləri güldürdü - VİDEO
Bizi izləyin

Dünya

Saakaşvilinin bu davranışları jurnalistləri güldürdü - VİDEO

Ukrayna himninin ifası zamanı Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin davranışı jurnalistləri güldürüb.

Publika.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə Kiyevdə “Pyotr Poroşenkonun Bloku” Partiyasının qurultayında baş verib.

Mixail Saakaşvili Ukrayna himninin ifası zamanı əvvəlcə jurnalistlərlə söhbəti davam etdirməyə çalışıb, amma sonra susaraq gülümsəməyə başlayıb və ətrafı müəmmalı baxışlarla izləyib.

Gürcüstanın keçmiş prezidentinin qeyri-adi davranışı ilə bağlı video “YouTube”da çıxıb.

Qeyd edək ki, Saakaşvili 30 may 2015-ci il tarixində Odessa vilayətinin qubernatoru təyin edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm