Suriyada Belarus izi: silah tacirinin ölümü ABŞ-ın planını alt-üst etdi
Bizi izləyin

Dünya

Suriyada Belarus izi: silah tacirinin ölümü ABŞ-ın planını alt-üst etdi

ABŞ Suriyada terror təşkilatlarını silahlandırmaq üçün Belarus hökuməti ilə razılıq əldə edib.

Axar.az xəbər verir ki, Vaşinqtonun bütün səylərinə baxmayaraq, silah anlaşması baş tutmayıb. Buna səbəb isə 30 il öncə Sovet dövründə istehsal olunan silahların keyfiyyətsiz çıxması olub. Anlaşma zamanı 41 yaşlı ABŞ vətəndaşı, silah taciri Fransis Norvillo əl qumabarasının partlaması üzündən ölüb və silahların keyfiyyətsiz olduğu üzə çıxıb.

Silahların ABŞ-ın “Purple Shovel” adlı şirkəti vasitəsilə daşınacağı razılaşdırılıbmış. Yerli medianın məlumatına görə, Vaşinqton silahları Suriyada fəaliyyət gösətərən radikal terror təşkilatlarına və Bəşər Əsədə qarşı döyüşən müxalif qüvvələrə göndərməyi planlaşdırıbmış.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm