Ruhani “Amerikaya ölüm!” şüarından danışdı
Bizi izləyin

Dünya

Ruhani “Amerikaya ölüm!” şüarından danışdı

“İran islam inqilabından sonra ortaya çıxan “Amerikaya ölüm” şüarı daha aktual deyil”.

Publika.az xəbər verir ki, bu sözləri ABŞ-ın CBS telekanalına müsahibəsində İran prezidenti Həsən Ruhani deyib.

“Bizim insanlarımız Amerika xalqına hörmət edirlər. İran xalqı müharibələr istəmir”, - Ruhani deyib.

O, həmçinin əlavə edib ki, ABŞ-ın siyasəti İran xalqının maraqları ilə üst-üstə düşmür.Bu prezident Ruhaninin nüvə razılaşmasından sonra Qərb mediasına ilk müsahibəsidir.

Bir müddət əvvəl nüvə sazişini şərh edən İranın dini lideri ayətullah Xamenei iranlıları rahatlaşmamağa çağırıb. O, ABŞ-ı qapıdan qovulanda pəncərədən daxil olan oğrulara bənzədib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm