Milyonçuların “dilənçi” övladları
Bizi izləyin

Dünya

Milyonçuların “dilənçi” övladları

“Time” jurnalı dünyanın ən varlı və qənaətcil məşhurlarının siyahısını tərtib edib.

Publika.az xəbər verir ki, mətbu orqan aktyor Çarli Çaplini tarixin ən varlı və ən simic insanı olaraq göstərib.

Jurnalın araşdırmaları zamanı məlum olub ki, aktyor hazırkı məbləğlə hər həftəsi üçün 219 min dollar qazanırmış. Lakin buna baxmayaraq, o, restoranda şam edərkən çalışırmış ki, hesabı dostları ödəsin. Aktyor Beverly Hilssdəki evinin tikintisinə “pulsuz” dülgərləri cəlb edib.

Siyahıda ikinci yerdə ABŞ-ın keçmiş prezidenti Con Kennedi mövqe tutur. “Time” iddia edir ki, Kennedi atasından ona miras qalmış 170 milyon dollardan istifadə etməyərək ərzağa və geyiminə qənaət edib.

Milyarder Uorren Baffet bu siyahıdakı varlılardandır. O, zəngin insan olsa da, çox simic imiş. Milyardları olan Baffet adi evdə yaşayıb və seriya nömrəsinə “qənaətcil” yazılmış sadə avtomobildən istifadə edirmiş.

Ötən əsrin 70-ci illərində planetin ən varlı insanı sayılan Con Qettinin sərvəti 4 milyard dollar idi. Sən demə, o, qonaqlarının danışıqlarına görə pul ödəməmək üçün şəhərətrafı mülkündə taksofon quraşdırıbmış. 1973-cü ildə dünyasını dəyişmiş nəvəsinin dəfn xərcini ödəməkdən imtina edib.

1948-ci ildə dünyanın ən varlı adamı neft maqnatı Harold Hant hesab olunurdu. Lakin bu adam o qədər xəsis idi ki, deşilmiş kostyum geyinir, saçını belə özünü qırxırmış.

Ötən əsrin əvvəllərində dünyanın bir çox ölkələrində tanınmış Henriett Qrin 100 milyon dollarlıq sərvətə malik idi. Bu rəqəm indi 20 milyard dollar civarındadır. Halbuki bu qadın ucuz mənzildə yaşayır, elektrik enerjisinə qənaət etmək üçün yulaf aşını batareyanın üzərində qızdırırmış.

“Time”ın bu siyahısında ötən əsrin 30-cu illərinin kino ulduzu Keri Qrant, baronessa Leona Helmsli, yunan marnatı Aristotel Onassis də yer alıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm