Putin-Ərdoğan zirvəsində Qarabağ müzakirə olunacaqmı?
Bizi izləyin

Dünya

Putin-Ərdoğan zirvəsində Qarabağ müzakirə olunacaqmı?

Xəbər verildiyi ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 23-də Moskvaya səfər edəcək.

Publika.az xəbər verir ki, Rusiya paytaxtında Cümə Məscidinin açılışında iştirak edəcək Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.

Türkiyə mediasının yazdığına görə, Ərdoğan-Putin görüşündə ən əhəmiyyətli mövzu Suriya böhranı olacaq. Üst səviyyəli mənbələrin fikrincə, liderlərin görüşündə sürpriz layihələr çıxa bilər.

Gözləntilərə görə, Rusiya və Türkiyə prezidentlərinin görüşündə aşağıdakı məsələlər müzakirə olunacaq:

1.“Türk axını” qaz kəməri layihəsi. Birinci xətti 2016-cı ilin sonunda istifadəyə verilməsi planlaşdırılan “Türk axını” layihəsinin icrası təxirə salınıb. Liderlər layihənin donunu açmaq istəyəcəklər.

2.Suriya. Ərdoğan-Putin görüşündə Rusiyanın Suriyaya hərbi yardımı gündəmə gələcək. Ərdoğanın Suriya rejiminə yardıma etirazını bildirəcəyi gözlənilir.

3.İŞİD. Ərdoğan Türkiyə-Suriya sərhədində təhlükəsizlik bölgəsinin yaradılmasını gündəmə gətirəcək, İŞİD-lə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini dilə gətirəcək.

4.UKRAYNA: Ukrayna və Krım tatarları da liderlərin görüşündə əhəmiyyətli başlıq olacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm