Avropa ölkələrinə müraciət edən qaçqınların sayı bir milyonu ötəcək
Bizi izləyin

Dünya

Avropa ölkələrinə müraciət edən qaçqınların sayı bir milyonu ötəcək

Bu il Avropaya qaçqın axını üçün rekord il olacaq. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) ekspertlərinin tərtib etdiyi „Beynəlxalq miqrasiya proqnozları - 2015“ adlı hesabatda cari ildə Avropaya üz tutan qaçqınların sayının bir milyon nəfəri ötəcəyi ehtimal edilir.

Hesabata əsasən, İƏİT məkanı ölkələrində sığınacaq üçün müraciət edənlərin sayı 2014-cü ildə 800 min nəfər olub. Müvafiq göstəricilər ilin sonunadək sığınacaq üçün müraciət edənlərinin bir milyon nəfəri ötəcəyini söyləməyə əsas verir və onların mütləq əksəriyyəti Avropa ölkələrinə üz tutacaqdır. Bu da İkinci Dünya müharibəsindən bəri qeydə alınmış ən yüksək göstərici olacaqdır.

Suriyada davam edən vətəndaş müharibəsi, İraq, Əfqanıstan, Liviya və digər ölkələrdəki təhlükəsizlik vəziyyətinin pisləşməsi yaxın illərdə qaçqınların sayının yüksək olacağına dəlalət edir. Ekspertlərə görə bu il ərzində Avropaya gələn qaçqınların 350-450 min nəfərinə sığınacaq və ya bənzər şərtlər altında yaşayış icazəsi veriləcəkdir.

Hesabatda qaçqınların üz tutduğu əsas ölkələr olaraq ilk beşlikdə Almaniya, ABŞ, Türkiyə, İsveç və İtaliya yer alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm