Suriyada Əsədlə müxalifət arasında atəşkəs əldə olundu
Bizi izləyin

Dünya

Suriyada Əsədlə müxalifət arasında atəşkəs əldə olundu

Suriyada rejim adından danışıqlar aparan İranın nümayəndə heyəti ilə müxalifət arasında atəşkəs barədə razılıq əldə olunub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Zabadani mahalı ilə İdlib vilayətinin Kafarya və Fua mahallarında əldə olunan atəşkəsin müddəti 6 aydır.

Razılaşmaya görə, Fua və Kafarya mahallarından aralarında qadın və uşaqların da olduğu 10 min nəfər rejimin nəzarətində olan bölgələrə köçürüləcək. Bunun əvəzində isə Zabadani mahalındakı müxalifət silahlıları yalnız yüngül silahlarını götürərək İdlib çölündə müxalifətin nəzarətində olan bölgəyə gedəcək.

Dəməşq rejimi 1500 məhbusu sərbəst buraxacaq. Onlardan 500-nün qadın olduğu bildirilir.

Atəşkəs müddətində rejimə məxsus döyüş təyyarələri Fua, Kafarya, Binniş, Taftanaz, Maret Nasri və Zara ətrafında müxalifət qüvvələrinə hücum etməyəcək. Razılaşma çərçivəsində ilk addımlar bu gündən başlayaraq atılmağa başlanılacaq.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm