Gürcüstanda Rusiyameyilli qüvvələr aksiya keçiriblər
Bizi izləyin

Dünya

Gürcüstanda Rusiyameyilli qüvvələr aksiya keçiriblər

Tiflisdə Prezident Administrasiyanın qarşısında siyasi aksiya keçirilib.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, “İkinci İrakli Cəmiyyəti” qeyri-hökumət təşkilatının təşkil etdiyi aksiyanın iştirakçıları Rusiya ilə diplomatik əlaqələrin bərpa olunmasını tələb ediblər.

Aksiya iştirakçıları Prezident Georgi Merqvelaşvilini gürcü-rus münasibətlərini nizamlanması istiqamətində danışıqlar aparmaq üçün Moskvaya səfər etməyə dəvət ediblər.

Mitinqdə, həmçinin Gürcüstanın hərbi bloklarda iştirakı və ölkə ərazisində başqa hərbi blokların bazalarının yerləşdirilməsi ilə bağlı etiraz şüarları da səslənib.

Aksiya insidentsiz başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm