Məkkədəki faciə ilə bağlı üç nəfər işdən qovuldu - VİDEO
Bizi izləyin

Dünya

Məkkədəki faciə ilə bağlı üç nəfər işdən qovuldu - VİDEO

Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Mina dağında baş vermiş faciə ilə bağlı üç nəfəri vəzifəsindən azad edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, işdən qovulanlar Həcc işləri üzrə nazir Bender bin Məhəmməd əl-Hacar, Məkkənin bələdiyyə sədri Usamə Fadl Əl Barr və şəhərin polis rəisidir.

Qeyd edək ki, bu il sentyabrın 24-də zəvvarların Mina dağında “şeytan daşlama” mərasimi zamanı yaranmış izdihamda 769 nəfər ölüb, 800-dən çox zəvvar isə yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm