İrandan ŞOK İTTİHAM: Məkkədə 4,7 min adam ölüb, hacıların meyitləri təhqir olunur
Bizi izləyin

Dünya

İrandan ŞOK İTTİHAM: Məkkədə 4,7 min adam ölüb, hacıların meyitləri təhqir olunur

“Ərəbistan hökuməti Məkkədəki Mina faciəsi zamanı həlak olanların sayını gizlədir”.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, bunu İranın Həcc və Ziyarət İdarəsinin rəhbəri Səid Əvhədi bəyan edib.

Onun sözlərinə görə, Mina faciəsində həlak olan iranlı zəvvarların sayı isə 228-ə çatıb. Əvhədi həmçinin deyib ki, 248 iranlı zəvvarın taleyindən isə heç bir məlumat yoxdur: “Biz zəvvarların ölü sayının artmasından narahatıq. Ərəbistan hökuməti nədənsə bu sayı gizlətməyə çalışır. Ancaq Mina faciəsi zamanı ən azı 4 min 700 nəfər həlak olub. Hazırda isə Ərəbistan hökuməti 21 TIR-da saxladığı ən azı 3 min cəsədi ictimaiyyətə necə açıqlamağın yollarını düşünür”.

İranın daxili işlər naziri Əmir Hüseyn Abdullahiyan isə Mina faciəsində həlak olan zəvvarların meyitlərinin öz ölkələrinə qaytarılması əvəzinə, hörmətsiz şəkildə dərələrə atılmasına kəskin etirazını bildirib: “Biz buna kəskin şəkildə etiraz edirik. Meyitlərin Məkkədə urvatsız basdırılması yolverilməzdir. İran heç bir halda bu cür hallara icazə verməyəcək”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı hökumətinin açıqladığı rəsmi məlumata görə, Qurban bayramının ilk günü Minada baş verən faciə nəticəsində 769 nəfər həlak olub ki, onların da 169-u İran vətəndaşlarıdır.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm