Putin: “Qərbə hara lazımdırsa, desinlər, vuraq”
Bizi izləyin

Dünya

Putin: “Qərbə hara lazımdırsa, desinlər, vuraq”

Müdafiə naziri Sergey Şoyqunu qəbul edən Rusiya Prezidenti Vladimir Putin Hərbi Hava Qüvvələrinin Suriyada apardığı əməliyyatları qənaətbəxş hesab edib. Kreml rəhbəri ABŞ-ın başçılığı altında yaradılan koalisiya ilə birgə çalışacaqlarını da istisna etməyib.

Axar.az xəbər verir ki, Putin digər ölkələrlə məlumat mübadiləsinin vacib olduğunu deyib:

“Əgər bölgədəki vəziyyəti daha yaxşı bildiklərini hesab edirlərsə, bizə vurulması lazım olan hədəfləri verə bilərlər. Çünki onlar (ABŞ liderliyindəki koalisiya - red) bir ildən çoxdur ki, Suriya torpaqlarında fəaliyyət göstərirlər. Üstəlik, onların fəaliyyəti də beynəlxalq hüquqa ziddir”.

İŞİD həfdəflərini Xəzər dənizindən vurulduğunu deyən Putin bundan sonra Suriya ordusu ilə birgə hərəkət edəcəklərini vurğulayıb:

“Əməliyyatın necə davam edəcəyinə gəlincə, daha əvvəl də razılaşdığımız kimi, Rusiya Hərbi Hava Qüvvələri quruda Suriya ordusu ilə koordinasiyalı şəkildə çalışacaq və Suriya ordusunun əməliyyatlarına önəmli dəstək verəcək”.

Rusiya prezidenti Suriya ordusu ilə müxalif Azad Suriya Ordusunun (ASO) İŞİD-ə qarşı birlikdə hərəkət etməsi təklifini də dəstəkləyib:

“Bu cür addımlar siyasi problemlərin həllinə kömək edə bilər. Sonuncu Paris görüşündə Fransa Prezidenti Fransua Olland maraqlı təklif verdi: Suriyada hökumət qüvvələri ilə Azad Suriya Ordusunun İŞİD-ə qarşı birgə çalışmasını təklif etdi. Hərçənd, Azad Suriya Ordusu hazırda harada və kim tərəfindən idarə olunur, hələ də bilmirik”.

Görüşün sonunda Putin əməliyyatlarda iştirak edən qadın pilotlara təşəkkür edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm