Təyyarə evin üstünə düşdü – ABŞ-da
Bizi izləyin

Dünya

Təyyarə evin üstünə düşdü – ABŞ-da

ABŞ-ın Kaliforniya ştatında göyərtəsində iki sərnişin olan yüngül mühərrikli təyyarə yaşayış evinin üzərinə düşüb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, insident yerli vaxtla şənbə günü axşam Nevada ştatı ilə sərhəddə yerləşən Saut-Leyk-Taxoda baş verib.

Məlumata görə, yüngül mühərrikli "Beech 35 Bonanza" təyyarəsinin qəzası onun Leyk Taxo aeroportundan havaya qalxmasından bir qədər sonra baş verib.

Təyyarədə olan sərnişinlərin vəziyyəti haqqında hələ ki, məlumat yoxdur. Evdə olan insanlar zərər çəkməyiblər. Təyyarənin düşməsi nəticəsində kiçik yanğın baş verib və tezliklə söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm