Rusiyalı general: “İŞİD-in köməyi ilə dünyanı...”
Bizi izləyin

Dünya

Rusiyalı general: “İŞİD-in köməyi ilə dünyanı...”

"Bir sıra ölkələr İŞİD terror qruplaşmasının köməyi ilə dünyanı qlobal münaqişəyə sürükləyib".

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Moskvada MDB-nin üzvü olan dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 39-cu iclasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) başçısı Aleksandr Bortnikov deyib.

Onun sözlərinə görə, “İslam dövləti” layihəsi bir sıra dünya və regional dövlətlərin ikili siyasəti sayəsində güc toplayıb. FTX rəhbəri qeyd edib ki, həmin dövlətlər bununla da özlərinin şəxsi məsələlərini həll etməyə çalışırlar.

Aleksandr Bortnikov qeyd edib ki, İŞİD üzvlərinin bir hissəsinin Talibana keçidi onların Mərkəzi Asiyaya müdaxilə təhlükəsinin artmasına gətirib çıxarıb.

“Əfqanıstanla bağlı ciddi qorxular var. İndi bu ölkənin şimal sərhədlərində İŞİD-in çoxsaylı cinayətkar qruplaşmaları cəmlənib. Onlar artıq Talibanın bayrağının altından çıxıb və bu, terrorçuların Mərkəzi Asiyaya müdaxilə təhlükəsinin kəskin artmasına gətirib çıxarıb. Təəssüf ki, regional partnyorlarımızın sərhədlərində bu gün xoşagəlməz hadisələr baş verir”, - FTX-nin başçısı vurğulayıb.

Bortnikov bildirib ki, xarici muzdlular İŞİD döyüşçülərinin təxminən 40 faizini təşkil edir: “Bizim qiymətləndirmələrimizə görə, hazırda terror təşkilatının tərkibində dünyanın 100-dən çox ölkəsinin vətəndaşları vuruşur. Suriyadakı təxminən 10 quldur dəstə Rusiya, Gürcüstan, Ukrayna və Mərkəzi Asiya dövlətlərinin vətəndaşlarından təşkil olunub. Yeni döyüşçülərin hazırlanması üçün Suriya və İraqda, həmçinin həmsərhəd dövlətlərdə təlim düşərgələri yaradılıb”.

Bortnikov qeyd edib ki, İŞİD və onun arxasında dayanan güclər Yaxın Şərq və Şimali Afrikada siyasi və dinlərarası vəziyyəti kökündən dəyişdirməyi bacardı. Onun sözlərinə görə, sözügedən güclər müasir təbliğatçılıq texnologiyalarının köməyi ilə ənənəvi islam dəyərlərini təhrif ediblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm