• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Rumıniyada Novruz bayramı keçirilib

  • Dünya
  • 21 Mart 2014 12:17
  • 732 Baxış
Rumıniyada Novruz bayramı keçirilib

Rumıniyada Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi münasibəti ilə tədbir keçirilib .

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının təşəbbüsü, ARDNŞ-in Rumıniya nümayəndəliyinin dəstəyi ilə Buxarestdə Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə tədbir keçirilib. Publika.Az-ın məlumatına görə, tədbirdə azərbaycanlı və rumın deputatlar, Azərbaycanın, Türkiyənin, Türkmənistanın və Belarusun səfirləri, Rumıniyanın Xarici İşlər, İqtisadiyyat nazirliklərinin, Mədəniyyət İnstitutunun rəhbərliyi və əməkdaşları, Buxarest şəhərinin rayonlarının icra hakimləri, türkiyəli iş adamları, türk-tatar icmasının təmsilçiləri, diaspor təşkilatlarının təmsilçiləri, ARDNŞ-in Rumıniya nümayəndəliyinin birgə işlədiyi şirkətlərin rəhbərləri iştirak eiblər.

Azərbaycan-Rumıniya Gənclər və Mədəniyyət Assosiasiyasının sədri İqbal Hacıyev tədbirdə çıxış edərək Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının tarixi, adət-ənənələri haqqında danışıb. ARDNŞ-in Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov Novruz bayramının tarixindən, Azərbaycanın gözəl diyarı Naxçıvanın dahi şəxsiyyətlərindən, zəngin təbiətindən bəhs edib. Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək Naxçıvanın tarixi barədə məlumat verib. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin də Naxçıvanda anadan olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Q.Paşayeva Novruz bayramının Azərbaycanın hər bir bölgəsində yüksək əhval-ruhiyyə ilə keçirildiyini söyləyib. O, əmin olduğunu bildirib ki, bu bayram tezliklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və işğal altında olan digər rayonlarında keçiriləcək. Rumıniya–Azərbaycan parlamentlərarası işçi qrupunun sədri Yulian Yanku Novruz bayramı və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə Azərbaycan xalqını təbrik edib.

O, xalqlarımız arasında əlaqələrin daha da möhkəmləndirməsində parlamentlərarası işçi qrupunun rolunu qeyd edib. Naxçıvan Muxtar Respublikası və Novruz bayramı haqqında filmlərin göstərildiyi tədbir Əməkdar Artist Tünzalə Ağayevanın və rumın musiqiçilərin ifalarında konsert proqramı ilə davam edib.

Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR