• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gül "Twitter" qadağasını tənqid etdi

  • Dünya
  • 21 Mart 2014 16:23
  • 438 Baxış
Gül "Twitter" qadağasını tənqid etdi

Türkiyə prezidenti Abdullah Gül "Twitter" qadağasını tənqid edib. Prezident sasial şəbəkənin tamamilə bağlanılmasının təqdirə layiq olmadığını söyləyib:

"Daha əvvəl dəfələrlə qeyd etdiyim kimi kommunikasiya texnologiyalarının bu gün çatdığı nöqtədə "Twitter" kimi bütün dünyada istifadə edilən şəbəkəyə bütünlüklə maneə törədilməsi texniki olaraq onsuz da mümkün deyil. Kəslərin şəxsi həyatının gizliliyini pozmaq kimi cinayət meydana gətirən xüsuslar varsa, ancaq məhkəmə qərarı ilə yalnız əlaqədar səhifələr bağlanıla bilər. Ümid edirəm "Twitter"lə əlaqədar tətbiq edilən qadağa uzunmüddətli olmayacaq".

Qeyd edək ki, Türkiyədə dünyanın ən populyar şəbəkə saytlarından olan “Twitter” bağlanıb. Bu, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Bursa şəhərində keçirdiyi mitinqdən sonra olub.
Məlumata görə, Ərdoğan mitinqdə, “"Twitter"in filanın, hamısının kökünü qazıyacağıq" deyib. Bundan bir neçə saat sonra, saat 23.34-də ölkədəki bəzi serverlərdən sosial şəbəkəyə girmək mümkün olmayıb. /anspress/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR