Dünya
Ermənistanın keçmiş müdafiə naziri:Qarabağı Rusiyaya verin
Qarabağın işğalına başçılıq edənlərdən biri olmuş erməni
general Norat Ter-Qriqoryants: “Jirinovski möhtəşəm təklif irəli
sürüb...”
Rusiya Liberal Demokrat
Partiyasının lideri, Dövlət Dumasının vitse-spikeri Vladimir
Jirinovskinin Dağlıq Qarabağı Rusiyanın tərkibinə birləşdirmək
barədə irəli sürdüyü sərsəm təklif Ermənistanda da tərəfdarlar
toplayır. AzVision.az -ın virtualaz.org saytına istinadən verdiyi xəbərə görə,
Qarabağ müharibəsinin ən şiddətli dövründə - 1992-1995-ci illərdə
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi olmuş, 1993-cü
ildə müdafiə nazirinin səlahiyyətlərini icra etmiş, ermənilər
arasında Qarabağ müharibəsinin qəhrəmanı adı alan general-leytenant
Norat Ter-Qriqoryants 1in.am saytına müsahibəsində Jirinovskinin
ideyasını “möhtəşəm” adlandırıb: “Jirinovski möhtəşəm deyib. Niyə
də yox? Ermənistan Dağlıq Qarabağın suverenliyini və müstəqilliyini
ümumiyyətlə niyə tanımır? Niyə onlar qorxur ki, danışıqların
dayandırılacağı elan ediləcək? Ümumiyyətlə, danışıqlar aparmaq
lazım deyil, danışıqları yalnız Rusiya Federasiyası ilə aparmaq
lazımdır. Çünki 1813-cü il Gülüstan sülh müqaviləsinə əsasən
Qarabağ Rusiya imperiyasına daxil olub, Dağlıq Qarabağ heç vaxt
SSRİ-nin tərkibində olmayıb. Deməli, Dağlıq Qarabağ niyə Rusiya
Federasiyasının tərkibində olmalı deyil? Çünki Gülüstan sülh
müqaviləsinə görə, o, Rusiya ərazisidir. Əgər tərəflər razılaşma
əldə edə bilmirsə, niyə də belə olmasın? Ümumiyyətlə, mən hesab
edirəm ki, bütün Ermənistan Dağlıq Qarabağla birlikdə referendum
keçirməli və Rusiya Federasiyasının tərkibinə daxil olmalıdır.
Müstəqilliklə məşğul olmaq lazım deyil”.
Norat Ter-Qriqoryants deyib ki, Dağlıq Qarabağ Rusiyanın tərkibinə
keçməlidir: “Dörd il ərzində
Ermənistan silahlı qüvvələrinin formalaşdırılması ilə məşğul
olmuşam və Ermənistanı, Qarabağı çox yaxşı tanıyıram. Jirinovski nəyi düzgün hesab edirsə,
onu deyir. Mən də hesab edirəm ki, bu, mümkündür. Niyə də yox? Əgər
Ermənistan özü Dağlıq Qarabağın müstəqilliyini tanımırsa, niyə
Dağlıq Qarabağ referendum təşkil edib Gülüstan sülh müqaviləsinə
əsasən Rusiyanın tərkibinə qayıtmasın? Bu, olduqca ciddi məsələdir,
baxmayaraq ki, etiraf etmək üçün gərək adamda vicdan ola.
Jirinovski deyir ki, əgər Ermənistan və Azərbaycan məsələni həll
edə bilmirsə, o zaman qoy Dağlıq Qarabağ Rusiyanın tərkibinə daxil
olsun. Əgər tərəflər doğrudan da heç cür razılıq əldə edə bilmirsə,
o zaman Dağlıq Qarabağın (vaxtı keçmiş və aktuallığını itirmiş
red.) Gülüstan sülh müqaviləsinə əsasən Rusiyanın tərkibinə
qayıtmaqdan başqa yolu qalmır”.
Belə görünür hər iki siyasətçi yüksək post məmurları olsa da
təklifin qeyri mümkünlüyünü nəzərə alsaq elə eyni ağıldadırlar.
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı