Dünya
AKP-nin reklamı oğurluq çıxdı - VİDEO
Türkiyəyə səs salan rolik 10 il əvvəl çəkilən «Dağ»ın eynisidir.
Türkiyədə son günlərin hadisəsi olan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) bələdiyyə seçkiləri üçün çəkdirdiyi reklam roliki oğurluq çıxdı. Həmin reklam 2003-cü ildə "Sony" şirkətinin «playstation»un oyun aparatları üçün çəkilən «Dağ»ın (Mountain) tamamilə eynisidir.
Başdan-ayağa İngiltərənin TBWA reklam agentliyinin hazırladığı «Dağ» reklamının oxşarı olan seçki rolikində yeganə fərq videonun fonundakı səs və dalğalanan bayraqdır. İngilislərin reklamında bütün hərəkətlər məşhur bəstəkar Şirli Templin (Shirley Temple) bəstələdiyi «Göyərtəyə alın» (Get on board) musiqisi sədaları altında davam etdirilirdisə, AKP-nin plagiat reklamında məşhur türk şairi Akif Ərsoyun «İstiqlal marşı» şeiri şairin öz səsi ilə səsləndirilib.
Qeyd edək ki, Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan plagiat reklam rolikini o qədər çox bəyənibmiş ki, AKP lideri telefon açaraq reklam şirkətinə şəxsən təşəkkürünü bildiribmiş. Türk reklamçılar «Dağ»ı təsadüfən seçməyiblər. İngilislərin ərsəyə gətirdiyi reklam roliki Beynəlxalq Andy Mükafatlandırılmasında (International Andy Awards) 2-ci yerə çıxaraq gümüş medal qazanmış və «Playstation-2» oyun aparatlarının satışında sıçrayışa səbəb olmuşdu.
Xatırladaq ki, seçki roliki ekranlara çıxar-çıxmaz MHP və CHP-nin Ali Seçim Komissiyasına (Yüksək Seçim Kurulu) etdiyi şikayət əsasında qadağan olunmuşdu. Buna səbəb reklam rolikində səsləndirilən şüar olub. AKP qadağadan sonra reklamdakı şüardakı «Türkiyə bayrağı» kəlməsini çıxardaraq, «Millət əyilməz, Türkiyə yenilməz» kimi səsləndirib. Bu dəyişiklikdən sonra Radio Televiziya Üst Qurumu (RTÜK) reklamın KİV-də və internetdə yayımına icazə verib.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi