Qorxunc partlayış: çox sayda ölü və yaralı var
Bizi izləyin

Dünya

Qorxunc partlayış: çox sayda ölü və yaralı var

Polisə aid maşını hədəf alan bomba yüklü bir yük maşınının partladılması nəticəsində isə 2 polis ölüb, 10 polis yaranıb

İraqda güclü partlayışlar meydana gəlib.

Ötən gün İraqın paytaxtı Bağdadda baş verən partlayışlarda 7 nəfərin öldüyü, 29 nəfərin isə yaralandığı bildirilib.

Paytaxtın Səbu-İbkar bölgəsində bomba yüklü maşının partlaması nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb. Eş-Şağb bölgəsində isə başqa bir maşına yerləşdirilən bombanın partladılması 2 adamın ölümünə, 7 adamın yaralanmasına gətirib çıxarıb.

Əl-Musenna körpüsündə polisə aid maşını hədəf alan bomba yüklü bir yük maşınının partladılması nəticəsində isə 2 polis ölüb, 10 polis yaralanıb. Partlama səbəbiylə körpüdə geniş diametrdə ziyan meydana gəlib.

Diyalanın Bəhrəz məhəlləsi ağsaqqalı Həsən əl- Bəyati isə srağagün silahlı bir qrupun Ez-Zuhur bölgəsindəki "Aişə Ümmül Möminin Məscidi"nə bombalı hücum təşkil etdiyini və bölgədəki 3 məscidi də yandırdığını vurğulayıb.

Yaşananları "faciə" olaraq xarakterizə edən Bəyati bölgədə yaşanan dəhşətli hadisələrin araşdırılması üçün hökumət tərəfindən təcili bir komissiya yaradılmasını istəyib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm