Ərdoğan öz “seks kaseti”ndən danışdı
Bizi izləyin

Dünya

Ərdoğan öz “seks kaseti”ndən danışdı

“Bu gün ayın 25-i! Nə oldu, bir şey oldumu? Sabah 26-sıdır və sabah da heç nə olmayacaq”.

Axar.az” xəbər verir ki, Türkiyənin Baş naziri R.T.Ərdoğan dünən “NTV” kanalında canlı yayımın qonağı olub. Baş nazir Türkiyə mətbuatında 25 martda intim kasetinin yayımlanacağı ilə bağlı gedən xəbərlər barəsində danışıb.

Sabah da bir şey olmayacaq

“Burada görünən həqiqət budur: bunların hamısı xəyaldır. Bu ölkənin iqtisadiyyatını sarsıtmaq istəyənlər bir yandadır, biz ayrı yanda. Bu qələmlər 12 ildir eyni şeyləri yazırlar. İndi də “25 mart” deyə güvəni sarsıtmağa çalışırlar. Bir köşə yazarı bu həftə xaos həftəsi olacaq deyir. Bu, əxlaqsızlıqdır. Bunlar yatanda xaos deyirlər, duranda xaos deyirlər. Bu gün ayın 25-i. Nə oldu? Bir şey oldumu? Sabah da 26-sıdır və yenə də heç nə olamayacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm