Keçmiş sovet ölkələri: Ukrayananın taleyi təkrarlana bilərmi?
Bizi izləyin

Dünya

Keçmiş sovet ölkələri: Ukrayananın taleyi təkrarlana bilərmi?

Keçmiş sovet ölkələri: Ukrayananın taleyi təkrarlana bilərmi?

Moskva demişdi ki, Krıma oradakı rusları qorumaq məqsədilə müdaxilə edir. Krımda ruslar əhalinin yarısından çoxunu təşkil edir. Eyni şey Sovet İttifaqının digər hissələrində də baş verə bilərmi?

Şərqi Ukrayna

Publika.Az BBC-yə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Viktor Yanukoviç fevral ayında devriləndən sonra Donetskdə və Ukraynanın şərqindəki digər şəhərlərdə Rusiyanı dəstəkləyən nümayişlər keçirildi. Azı bir adam öldürüldü.Rusiya Qərbpərəst uzaq-sağçıları burada gərginliyi qızışdırmaqda ittiham etdi. Rusiya qoşunları sərhəd yaxınlığında hərbi təlimlər keçməyə başladı və ərazini tərk etmədi.

Onlar üçün Ukraynanın içərilərinə irəliləmək çətin deyil. Əgər Rusiya daha böyük ərazini tutmaq istəsə, onda şərqi Ukrayna siyahının başında olacaq.

Ancaq bunun siyasi qiyməti yüksək olardı: Nato və Qərb liderləri Rusiyanın daha da irəliləməsinə qarşı xəbərdarlıqlar edib. Krım 1954-cü ildə Ukraynanın bir hissəsi olub. Ukraynanın şərq sərhədləri daha uzağa gedir.

Ancaq separatçı cin şüşədən çıxandan sonra onu şüşəyə geri qaytarmaq çətin işdir.

Moldova

İndi diqqət Moldovanın separatçı Dnestryanı regionuna yönəlib. Region özünü artıq Rusiyaya təklif edib. 1990-cı ildə müstəqillik elan edəndən sonra regionun müstəqilliyi beynəlxalq aləmdə tanınmayıb. Dnestryanı rusdilli əhalinin yaşadığı regiondur, ancaq moldovalılarınn çoxu rumın dilində danışır.

Moldovanın Qaqauziya muxtar vilayəti isə dörd anklavdan ibarətdir və əhalisinin sayı 160 mindir. Qaqauzlar türkdilli parvoslav xristianlardır. 2014-cü ilin fevralında Qaqauziya referendum keçirdi və seçicilərin çoxu Rusiyanın Gömrük İttifaqına qoşulmaq istədiyini bildirdi. Moldova hökuməti refrendumu qeyri-legitim adlandırdı.

NATO-nun Avropadakı komandiri xəbərdarlıq edib ki, Dnestryanı Rusiyanın növbəti hədəfi ola bilər. Ukrayna ilə sərhəddə, Odessa şəhəri yaxınlığında yerləşən regionda artıq 1000 əsgər var.Moldova Avropa İttifaqı ilə assosiasiya müqaviləsi imzalamağa hazırlaşır və beləliklə, Rusiya Dnestryanı ərazini birləşdirməyə çalışarsa, diplomatik tədbirləri hazır saxlayır.

Gürcüstan

2008-ci ildə Rusiya və Gürcüstan arasında kiçik müharibə baş verdi və bu, Cənubi Osetiya və Abxaziya regionlarının Gürcüstandan ayrılması ilə nəticələndi.

Moskva məqsədinin rusdilli əhalini qorumaq olduğunu bildirsə də, əhalinin çoxu osetin və abxaz dillərində danışanlardır. Ancaq çoxları Rusiya pasportlarına sahibdir və Tbilisidəki Gürcüstan hökumətinə qarşı çıxır.

Ondan sonra hər iki anklav nə beynəlxalq ərazi kimi tanınıb, nə də Rusiyanın bir hissəsidir.Abxaziyanın Rusiya ilə sərhədləri var və 2014-cü il Qış Olimpiya Oyunlarının keçirildiyi Soçidən uzaqda deyil. Oyunlara görə təhlükəsizlik gücləndirilmişdi.

Cənubi Osetiya Şimali Osetiyada Rusiya Federasiyası sərhədlərilə qonşudur. İdxal malları Qafqaz dağlarının altındakı tunel vasitəsilə gəlir. Qiymətlər yüksəkdir. İşsizlik və korrupsiya geniş yayılıb.

Latviya, Litva və Estoniya

Latviya və Estoniyada əhalinin üçdə birinə yaxını ruslardır. Baltik respublikaları 1990-cı illərin əvvəlində Sovet İttifaqı dağılandan sonra müstəqillik qazandı.Latviya və Estoniyada yaşayanlar vətəndaşlıq almaq üçün bu ölkələrin dillərini bilməlidir. Ancaq hər iki ölkədə yaşayan bəzi rusdillilər nəticədə vətəndaş ola bilmirlər və ya olmaq istəmirlər.

Bir çox rusdillilər diskriminasiyadan şikayətlənir və deyir ki, sərt dil qanunları iş tapmağa mane olur.Litvada etnik ruslar əhalinin 5 faizini təşkil edir və dil testi keçmələri üçün tələb qoyulmur.

Martın ortalarında Kreml Estoniyada etnik ruslarla rəftardan qəzəbini izhar etdi.Ancaq Baltik dövlətləri həm Avropa İttifaqının, həm də NATO-nun üzvləridir. Rusiyanın hər hansı müdaxiləsinin ciddi nəticələri ola bilər. Nato müqaviləsinin 5-ci maddəsinə görə, bir üzv dövlətə hücum, bütün üzv dövlətlərə hücum deməkdir.

Şimali Qazaxıstan

Ruslar Qazaxıstanın şimalında əhalinin yarısını təşkil edir. Bir zamanlar Krım kimi bu ərazi də Rusiyanın bir hissəsi idi. İki ölkə arasındakı münasibətlər çar dövrünə gedib çıxır. Pavlodar və Uralsk kimi şimal şəhərlərini o zaman ruslar hərbi məntəqələr olaraq yaratmışdı.

Ukrayna kimi Qazaxıstan da 1994-cü ildə nüvə tərksilahı müqaviləsini imzalayıb. Onun Krımdakı Sevastopol kimi limanı yoxdur, amma Baykonur kosmodromu var.Ancaq Qazaxıstanın Rusiya ilə yaxın münasibətləri var və Belarusla yanaşı Gömrük İttifaqının üzvü olan iki dövlətdən biridir.Qazaxıstan Ukrayna məsələsində rəsmən neytral qalsa da, sülh qətnaməsinə çağırıb.

Digər Orta Asiya respublikaları

Mərkəzi Asiyada etnik rusların sayı Tacikistanda 1.1 faizdən Qırğızıstanda 12.5 faizə qədərdir. 1991-ci ildə müstəqillik qəbul edəndən sonra, böyük sayda rus əhalisi emiqrasiya etdi.

Ancaq Mərkəzi Asiya iqtisadiyyatı həm ticarət, həm də orada işləyən miqrantların göndərdiyi pul yardımları baxımından Rusiyaya bağlı olaraq qalır.

Moskvanın bu regiona müdaxiləsi ehtimal edilmir.

Ermənistan və Azərbaycan

Ermənistanda ruslar yoxdur, Azərbaycanda isə onların sayı 1 faizdir. Hər iki ölkə Rusiya və Qərb arasında geosiyasi "qıl körpüsü"dür.

Ukrayna kimi Ermənistan da Aİ ilə assosiasiya müqaviləsi imzalamağa çalışırdı. Ancaq sentyabr ayında ölkə Gömrük İttifaqına qoşulacağını bəyan etdi.Ermənistan 1991-ci ildə müstəqillik əldə edəndən bəri, Rusiya Gümridə hərbi bazalarını saxlamaqdadır.

Azərbaycan Avropaya neft və qaz ixrac edir və iqtisadi cəhətdən az asılıdır. Türkiyəyə qədər uzanan kəmər Rusiya ərazisindən yan keçir.Rusiya hər iki ölkəni öz təsiri altında saxlamaq istəyir, amma hərbi yox, iqtisadi tədbirlərə əl atmağı üstün tutur.

Belarus

Belarus artıq Moskva ilə yaxın müttəfiqdir. Əhalisinin 8.3 faizi rus olsa da, 70 faizi rus dilində danışır.Rusiyanın bu ölkəyə müdaxiləsi ehtimal edilmir, iki dövləti bundan daha yaxın münasibətdə təsəvvür etmək çətindir. Belarus Rusiya ilə iqtisadi müttəfiqdir və rus dili ölkənin rəsmi dilidir.Ancaq Krımdan sonrakı qarışıqlığın təsiri ola bilər, çünki rublun qiyməti düşür və sanksiyalar Rusiya bizneslərini vurur. Rusiyadan qayıdan işsiz miqrantlar Düşənbə və ya Bişkekdə hökumətlər üçün problemlər yarada bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm