Abdulla Gül, YouTube qadağasını pozdu
Bizi izləyin

Dünya

Abdulla Gül, YouTube qadağasını pozdu

Abdulla Gül, YouTube qadağasını pozdu

Türkiyə prezidenti Abdullah Gül, girişinə maneə törədilən YouTube-a video yükləyərək qadağanı pozub.

Publika.Az türk mediasına istinadən xəbər verir ki, Prezidentin video paylaşma saytının YouTube-dakı səhifəsinə dünən 2 video əlavə olunub.

"Bu dinləmə bir casusluq fəaliyyətidir; Bu İşə bulaşanlar şübhəsiz cəzalandırılacaq" və "Bu dinləmə bir casusluq fəaliyyətidir; bu işə bulaşanlar şübhəsiz cəzalandırılacaq" 2 başlıqlarıyla yüklənən videolarda, prezident Gülün Suriya ilə əlaqədar səs qeydi iddialarını qiymətləndirməsi yer alıb.

Prezidentliyin video paylaşma saytındakı səhifəsində min dörd yüzdən çox video var. Xatırladaq ki, Gül, Tvitter qadağasının ardından da tvit ataraq qadağanı pozmuşdu.

Aydəmir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm