Gülnarə Kərimovanın yeni görüntüləri: “Elə hönkürmüşəm ki…” - FOTOLAR
Bizi izləyin

Dünya

Gülnarə Kərimovanın yeni görüntüləri: “Elə hönkürmüşəm ki…” - FOTOLAR

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı, Daşkənddə ev dustağı olan Gülnarə Kərimovanın internetdə yeni şəkilləri yayılıb.

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı, Daşkənddə ev dustağı olan Gülnarə Kərimovanın internetdə yeni şəkilləri yayılıb.

Şəkilləri Gülnarə Kərimova özü “Uznews.net” saytının elektron poçtuna göndərib. Prezident qızı şəkillərdə çox baxımsız olub. Birinci şəkildə o, mətbəxdə meyvə şirəsi içir. İkinci şəkildə isə Gülnarə Kərimova yarımçılpaq halda yığışdırılmamış yatağın üstündə dini kitab oxuyur. Yanında isə dərmanlar var.

Şəkilləri müşayiət edən yazıda Gülnarə yazır: “Vəziyyət pisləşir. Bu gün mən elə hönkürmüşəm ki, İmanın depressiyası artır. Amma dünən qızı tutublar! O birisini iki həftə qabaq tutmuşdular ki, sadəcə bizim evə gəlməsinlər”.

Gülnarə Kərimova bu yaxınlarda evinin yanında tutulmuş tələbə qız Gülnazə Xocayevadan danışıb. Əvvəllər Gülnarə Kərimovanın yanında işləmiş Gülnazə təhlükəsizlik gücləri tərəfindən saxlanılıb. Dindirilmə zamanı ona Gülnarə Kərimovanın evinə getmək qadağan edilib.

41 yaşlı Gülnarə Kərimova fevralın 17-dən 15 yaşlı qızı İmanla birlikdə ev dustağıdır. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm