• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qorxunc proqnoz: Rusiya daha beş ölkəni işğal edəcək

  • Dünya
  • 1 Aprel 2014 01:43
  • 656 Baxış
Qorxunc proqnoz: Rusiya daha beş ölkəni işğal edəcək

Rusiyanın heç bir ciddi maneəyə rast gəlmədən Krımı ələ keçirməsi və Ukraynanın şərq regionlarını tutmaq üçün qoşun cəmləşdirməsi keçmiş sovet respublikaları ilə yanaşı Qərbdə də böyük xof yaradıb.

Hər gün Qərb mediasında Rusiyanın Ukraynadan sonra daha hansı ölkələri tutmağa hazırlaşdığına dair nüfuzlu siyasətçilərin və diplomatların, ekspertlərin təhlilləri, qənaətləri yer alır.

Rusiya prezidenti Vladimir Putinin Krımın maneəsiz anneksiyasından ruhlanaraq daha hansı ölkələri tutacağına dair proqnozlarla çıxış edənlərdən biri də onun keçmiş müşaviri, Qərbdə nüfuza malik olan iqtisadçı Andrey İllarionovdur.

A.İllarionov İsveçin “Svenska Dagbladet” qəzetinə müsahibəsində deyib ki, Putin Belarusu, Baltik ölkələrini və Finlandiyanı da tutmağa hazırlaşır. Onun sözlərinə görə, Putin bu ölkələri ələ keçirmədən Rusiyanı genişləndirmək cəhdlərini dayandırmayacaq.

Prezidentin keçmiş müşaviri bildirib ki, Putin “tarixi ədaləti” bərpa etmək və II Nikolayın, habelə Stalinin dövrünə qayıtmaq istəyir. İsveç qəzeti xatırladır ki, Finlandiya NATO-nun üzvü deyil və Rusiyanın bu ölkəyə müdaxiləsi alyansa müdaxilə kimi qiymətləndirilməyəcək. Finlandiyanın Hərbi-Hava Qüvvələri son vaxtlar Baltik dənizi üzərində kəşfiyyat uçuşlarını gücləndirib.

A.İllarionov deyib ki, Finlandiyaya müdaxilöə Putinin bu günə və ya sabaha olan planlarına daxil deyil: “Lakin onu dayandırmasalar gec-tez məsələ qalxacaq. Putin mənim iştirak etdiyim toplantılarda dəfələrlə deyib ki, bolşeviklər və kommunistlər böyük səhvə yol veriblər. O, tamamilə belə deyə bilər ki, 1917-ci ildə bolşeviklər Finlandiyaya müstəqillik verməklə Rusiyanın milli maraqlarını satıblar”.

Putinin keçmiş müşavirinin sözlərinə görə, sanksiyalarla Putini dayandırmaq mümkün deyil və son sanksiyalar əksinə, ona kömək etdi. “Təcavüzü dayandırmağın yeganə yolu kollektiv müdafiədir”.

“The Wall Street Journal” qəzetinin məqaləsində isə deyilir ki, Putin ikinci cəbhə açmaq haqda fikirləşir. Növbədə Moldovadır. Qəzetin yazdığına görə, Putin Krımı Moldovanın separatçı Dnestryanı bölgəsinə birləşdirmək istəyir və bu məqsədlə iki bölgəni ayıran dəhlizi - Ukraynan cənub bölgələrini ələ keçirəcək. Rusiyanın Ukrayna sərhədlərinə cəmləşdirdiyi 50 minlik qoşun qruplaşması hərbi texnikanı maskalayıb gizlədir və əlavə təchizat alır.

Amerika kəşfiyyatının əldə etdiyi məlumatlara görə, Ukrayna sərhədləri yaxınlığında hərbi səhra hospitalı yaradılıb və əsgərlərə əlavə ərzaq payı verilib.

Putinin Ukrayna sərhədlərində silah silkələməsinin məqsədi 500 min etnik rusun yaşadığı Dnestryanı bölgəni tutmaqdır. Ukraynanı isə başqa ssenari narahat edir. Dnestryanı bölgənin paytaxtı Tiraspol Odessanın yaxınlığında və Krımdan cəmi 300 kilometr məsafədə yerləşir. Putin Krımı ələ keçirəndən sonra onu Dnestryanı bölgə ilə birləşdirən dəhlizə də iddia edə bilər.

“Əgər Putin bu planını həyata keçirməyə qərar versə, onu və qoşunlarını heç nə dayandıra bilməyəcək” - deyə qəzet yazır.

Qərb mətbuatında ABŞ və Avropa İttifaqının Rusiyanın hərəkətlərinə qarşı qorxaq reaksiyaları da geniş tənqid olunur, prezident Barak Obamanın məğlublara xas tonda danışdığı bildirilir. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə keçmiş köməkçisi Stiven Sestanoviç isə ”The New York Times” qəzetində dərc edilmiş məqaləsində Putinin “vicdansız stavkası” haqda yazır.

Nüfuzlu amerikalı diplomat, keçmiş SSRİ üzrə ekspert bildirir ki, Putin Krımı ələ keçirəndən sonra Ukraynanın şərq regionlarını tutmaq planının icrasına başlayıb. Lakin o, kifayət qədər hiyləgər taktikadan istifadə edir. Putin Ukrayna sərhədlərinə qoşun cəmləşdirir və indi Qərb rus qoşunlarını sərhəddən geri çəkmək üçün onunla danışıqlar aparır.

Rusiya prezidenti qoşunların bir hissəsini geri çəkərək Qərbin sanksiyalarının növbəti mərhələsinin qarşısını alacaq. Eyni zamanda o, Ukraynanın federallaşması planını irəli sürür və ölkənin şərq regionlarında separatçı çağırışları dəstəkləyir. /Virtualaz.org/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR