Dünya
Donetskdə kim Rusiya ilə birləşmək istəyir? - Video
Ukraynanın Donetsk şəhərində Krımın Rusiyaya birləşməsinə dair
fikirlər birmənalı deyil. Şəhər sakinlərini indi regionlarında
gələcəkləri ilə bağlı nə zaman referendum keçiriləcəyi
düşündürür.
Donetskin mərkəzindəki Lenin heykəli önünə toplaşanlar
Rusiyayönümlü fəallardır. Onlar sakinlərin imzası və kampaniyaları
üçün pul toplayır.
Təqaüddə olan insanların əksəriyyəti Ukraynanın Sovet keçmişi
üçün darıxır. Onları Avropaya üz tutun baş nazir Arseni Yasenyukun
rəhbərliyi altında ölkənin gələcəyi narahat edir. Pensioner
Aleksander Nikolayeviç: “Hər şey qeyri-müəyyəndir. Başımıza nə
gələcəyini bilmirik.”
Sovet dövrünün nastolgiyasının haradan qaynaqlandığını görmək çətin
deyil. İkiyə parçalanmaış bu şəhərdə Sovet kitabxanaları, teatrlar
və opera hələ də qalmaqdadır.
İkinci dünya müharibsində həlak olanların xatirə abidəsi bir
çoxlarının dünyaya baxışına təsir göstərir.
Gənc nəsil isə irsləri bir şey demir. Leninin heykəli qarşısında
Makdonalds gəncləri cəlb edir. Bu gənclər Putinin Ukraynadakı
rusları müdafiə etməsinə şübhə ilə yanaşır. Tələbə Yaposlav Kosak:
‘Biz UKraynanın kursunu özününü seçməsini istəyirik. Bir çoxlarının
NATO və ya Avropa İttifaqı ilə bağlı mövqeləri olsa da, insanlara
Rusiyanın müdafiəsi lazım deyil. Çünki bizi kimdənsə müdafiə etməyə
ehtiyac yoxdur. ”
Hökumətin baş qəragahı qarşısında Rusiyayönümlü “Şərq cəbhəsi”
referenduma dəstək kampaniyası keçirir. Bəziləri qərblə bağlı
şikayətlərini gizlətmək istəmir. Təşkilatın üzvü Nikolay
Soltsev:“Mən "Amerikanın səsi" və "Azadlıq radiosu"nun vətənim
Sovet İttifaqını necə dağıtdığını yaxşı xatırlayıram. Bu
stansiyalar hələ də söz azadlığı və insan hüquqları carçısı kimi
Ukraynada fəaliyyətini davam etdirir. Mən sizinlə danışmaq
istəmirəm.”
Rusiya tərəfdarı nümayişlər davam etdiriləcək. Lakin Kiyev rusları onların maraqlarına xidmət etdiyindən əmin etməlidir. Əks tədirdə Ukrayna bu regionun itirilməsi təhlükəsi ilə üzləşəcək.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR