• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qaqauziyaya “KQB Tamerlan” rəhbərlik edir

  • Dünya
  • 3 Aprel 2014 10:19
  • 760 Baxış
Qaqauziyaya “KQB Tamerlan” rəhbərlik edir

Fevralın 2-də Qaqauziyada referendum keçirildi və prosesin təşkili rəsmi Kişinyov tərəfindən ciddi təpkilərlə qarşılandı. Bu və digər məslələri filologiya üzrə elmlər doktoru, “Miras” ictimai təşkilatının üzvü, zaman–zaman publisit yazıları ilə mediada çıxış edən qaquz əsilli Güllü Qərənfillə müzakirə etdik. Hazırda Türkiyədə olsa da, qəlbi doğma Qaqauziyası ilə döyünür.

- Qaqauziyada referendumu edən zəruri amillər nədən ibarətdir?

- Moldova bu referendumu haqq etti, çünki Moldova rəsmilərinin uzun illər yürütdüyü siyasət nəticədə buna gətirdi. Onlar Qaqauziya ilə muxtar vilayət deyil, Moldovanın hansısa bir rayonu kimi davaranırdılar. Müxtəlif atributları təhqir ediririlər, bayraqların aşağı enməsini istəyirdilər. Bir sözlə, savadsız və işinin öhdəsindən gələ bilməyən məmurlar hadisələri daha da gərginləşdirdilər. Bu dönəmdə Rumıniya prezidenti Troyan Baseskunun bəyanatları isə məsələni daha da mürəkkəbləşdirdi.

- Referendumun keçirilməsinə yalnız sadaladığınız amillər təkan verdimi?

- Həm də bu amillər... Muxtar vilayətə az vəsait ayırırdılar. Rusiya ilə əlaqələrin korlanmasına çalışır, zəmin yaradırdılar. Təbii ki, bu nöqsanlar qaqauzların xoşun gəlmirdi. Diqqətə çatdırım ki, qaqauzların əksəriyyəti Rusiyada işləyir, ailələrinə maddi yardım edirlər.

- Qaqauziya Muxtar Vilayətinin rəhbəri Formuzal barədə fikirləriniz maraqlı olardı. İşinin öhdəsindən gəlirmi, qaqauzlar onun idarəçiliyindən razıdırlarmı?

- Bilirsinizmi, cənab Formuzal bütün tərəflər - Türkiyə, Rusiya və Avropa ölkələri ilə normal əlaqələr qurmağa çalışır ki, qaqauzlara yardım olunsun. Nə deyə bilərəm, bəzi moldovalı siyasilərə baxanda kifayət qədər işinin öhdəsindən gələn bir rəhbərdir. Doğrudur, dillə bağlı yetərli addım atmadığına görə ona rəğbətim yoxdur. Hesab edirəm ki, bir qədər sərt olmaq lazımdır, o isə, diplomatdır. Ana dilimiz əldən gedir.

- Əksər mütəxəssis və siyasi çevrələr Formuzalı Kremlin layihəsi sayır, onu Rusiyanın adamı hesab edirlər. Siz bu iddialarla paylaşırsınızmı?

- İnanın, hər hansı qəti fikir bildirməkdə çətinlik çəkirəm. Amma dəqiq bilirəm ki, o, Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) keçmiş əməkdaşıdır, ləqəbi də Tamerlandır.

- Aha, anladım. Bəs sadə qaqauzlar necə, onu dəstəkləyirmi?

- Cari ilin feral ayının 2-də keçirilən referendumdan sonra onun nüfuzu daha da artdı. Doğrudur, əleyhidarları da var, ancaq onların sayı yetərli deyil. Onun ətrafında birləşənlərin sayı gün-gündən artmaqdadır.

- Güllü xanım, istərdim müqaysəli şərh verəsiniz – qaqauzlar Sovetlər Birliyi dönəmində yaxşı yaşayırdılar, yoxsa müstəqil Moldovanın tərkibində? Hər hansı fərq görürsünüzmü?

- O dövrdə mən də yaşamışam və cərəyan edən hadisələr hələ də gözlərim önündədi. O vaxt iş yerləri vardı, insanlarımız kənd və qəsəbələrdə yaşayırdı, ancaq məşğuliyyətləri də yox deiyildi. Vaxtı-vaxtında əmək haqqı alırdı, başqaları necə, qaqauzlar da eyni həyat tərzi sürürdülər. Sovetlər Birliyinin dağılmasından sonra kiçik respublikalar daha da zəiflədi, xaos, işsizlik baş aldı. Doğrudur, qaqauzlar ən böyük zərbəni SSRİ-də görüb. Qaqauzların 40 faizi deportasiya olunub, ana dildə danışmağa qadağalar qoyulub.

- Qaquz türkləri nə qədər türk dünyasına bağlıdırlar və nə qədər özlərini türk sayırlar? SSRİ-də, yoxsa indi assimilyasiya olunub qaqauzlar?

- Əlbəttə, qaqauzlar özlərini türk kimi hiss edirlər. Ancaq təəssüf olsun ki, türk dünyasına o qədər də bağlı deyillər. Təbii, burada din amili də öz sözünü deyir. Referendumdan sonra provaslav inanclı qaqauzlar Rusiyaya daha da meyl etməyə başladılar.

- Necə hesab edirsiniz, bu, qaqauzlar və türk dünyasına hansı problemlər yarada bilər?

- Mən əminəm və bilirəm ki, türk dünyası qaqauzları sevir və rəğbətlə yanaşırlar. Bizim özümüzdən də çox şey asılıdır. Ağıllı davranmalı, türk dünyasının hörmətini qazanmalıyıq.

- Bəs rəhbər şəxslər, muxtar vilayət rəhbərliyi necə, türk dünyası ilə əlaqələrə nə qədər önəm verir?

- Burda heç bir problem görmürəm - hörmətə hörmətlə yanaşırlar. Amma təəssüf ki, türk dünyası barədə xəbərlər az olur bizdə. Bu boşluqları doldurmalıyıq.

- Muxtar vilayət rəhbəri Formuzal necə, özünü türk kimi hiss edirmi?

- Əlbəttə, amma bir fərqlə - pravoslav türkü olmaqla.

- Anladım.Güllü xanım, ziyalılardan, yaşlı nəsilin nümayəndələrindən də çox şey asılıdır. Onlar bu yöndə hansı töhvəni verirlər?

- Mən öz adımdan danışmaq istərdim – seçimim Moldova tərkibində yaşamağımızdı. Bəziləri isə gələcəyini Rusiyada görürlər. Belə adamlar az deyil. Qaqauziyanı itirməməsi üçün Moldova sanballı, ölçülmüş və ağılı siyasət yürütməlidir. Qaquzlara qarşı səhvə yol vermək olmaz.

- Qaquzlar nə qədər mütəşəkkildirlər? Məsələn, bölgənin özünü televiziya kanalı, çap mediası və indi dəbdə olan internet saytları varmı? Hansı dildə fəaliyyət göstərir bu kütləvi informasiya vasitələri?

- Diqqətinizə çatdırım ki, muxtar vilayətdə bir televiziya kanalı, 2 qəzet və 2 jurnal fəaliyyət göstərir. Hansı dildə çapına və yayımına gəlincə, bildirmək istərdim ki, qaquz dili işlək dilin 50 faizini təşkil edir.

- Güllü xanım, bu, muxtar vilayətin problemlərinin, həqiqətinin göstərilməsinə bəs edirmi?

- Razıyam sizinlə, olduca azdır. Bundan başqa, verilişlər də keyfiyyətli və rəngarəng olmalıdır. Ən başlıca hədəf isə ana dilinin qorunmasıdır.

- Yenə əvvəlki məqamlara qayıtmaq istərdim. Bilirsiniz, qaquzlar artıq separatçı, Moldova ərazi bütövlüyünə təhlükə yarada biləcək xalq kimi təqdim edilməyə başlanılıb. Qaqauz dostlarımız bundan narahat deyillər?

- Bəli, xəbərimiz var, bu barədə hər gün məlumat oxuyur, eşidirik.

- Şəxsən siz separatçı adlandırılmağınızdan narahat deyilsiniz?

- İnanın, bu suala cavab vermək mənə çətindir. Amma görünən odur ki, Dnestryanı bölgə və Qaqauziya qaynar hadisələrin episentrinə çevrilməkdədir. Putinin hədəfləri bundan ibarətdir. Qeyd etdiyim kimi, qaqauzların əksəriyyəti Rusiya ilə yaşamağın tərəfdarıdır. Qaquziya Rusiyanın daxilinə keçsə, xalqımın gələcək taleyindən narahat və nigaran qalardım.

- Məsələn, elə dünən Formuzalın bir video-müsahibəsinə rast gəldim. Əmin şəkildə Avropanın ünvanına kəskin fikirlər səsləndirirdi. Qaquzlar Avopaya buraxlılmamsından ehtiyatlanmırmı?

- Haqlısınız, bizimkilərin də Avropanı görməyə gözləri yoxdu. Burada Rusiyanın da xidmətini qeyd etmək istərdim, onları bizlərə bu şəkildə təqdim edib. Düşünürəm ki, burada avropalıların da günahı var, bölgə əhalisi ilə işləməyi bacarmalıdırlar. Ancaq Rusiya elə edib ki, qaquzlar yalnız Rusiyanı görürlər.

- Güllü xanım, bu o anlama gəmirmi ki, bütün yollar Romaya aparır? Yəni Qaquziyanın Rusiyaya birləşməsi ilə bağlı həlledici referendumun keçirilməsi qaçılmazdır?

- Təəsüüf ki, bu, belədir. İndi bütün yollar Rusiyaya aparır. Amma gəlin gözləyək, vaxtı qabaqlamayaq. Bu barədə danışmaq tezdir. Həm də məsələlər Putinin kefindən asılıdır. Qeyri-müəyyənlik isə hələ qalmaqdadır. Moldova Avopa Birliyinə, qaquzlar isə Gömrük İttifaqına üstünlük verirlər.

- Bəs sizin proqnozlar nədən ibarətdi?

- Sadəcə, bir və əsas məqamı vurğulamaq istərdim – Allah xalqımı bəlalardan qorusun.

- Moldovanın Dnestrayanı bölgəsiylə Qaqauziya Muxtar Vilayəti arasında əlaqələr, münasibətlər varmı?

- Bəli, var. Bölgəlrin rəhbərləri bir-birini dəstəkləyirlər.

- Sonucu sualımı vermək istərdim. Hazırda Türkiyədə yaşayırsınız. Qaqauzlar çoxdurmu qardaş ölkədə? Diaspor dərnəkləriniz, vahid mərkəzdən fəaliyyət strateqiyanız varmı? Vətənində baş verənlərə onların reaksiyaları nədən ibarətdir?

- Var, yaşayırlar. Dəqiq sayına gəlincə, belə bir statistika yoxdur ki, Türkiyədə yaşayan qaqauzların sayına aydınlıq gətirilsin. Diaspor təşkilatları da yox səviyyəsindədir. Yalnız burada təhsil alan tələbələrimiz Rusiya ilə əməkdaşlığın əleyhinədir. Uzaq vətənimdəki soyadaşlarım isə, sanki zombiləşib, səhərdən axşama Rusiya kanallarına baxırlar.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR