Dünya
İranda yeni edam dalğası - 20 nəfər asıldı
Keçən bir həftə ərzində İranda bəluç və türk cəmiyyətlərinin sıx yaşadığı bölgələr və Mazandaran vilayətində qətl və narkotik qaçaqmalçılığında ittiham edilən azı 20 məhbus edam edilib.
Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı (İran HR) məlumat yayıb. Məlumata görə, aprelin 24-dən bəri Zahidan Mərkəzi Zindanında 9, Sari zindanında 2, Kərəcin Rəcayi-şərh zindanında 6, Kərəc Mərkəzi Penitensiarında 2 və Qəzvin Mərkəzi Zindanında 1 edam məhkumunun hökmü icra edilib. Asılanların əksəriyyətinin narkotik qaçaqçılığı ittihamı ilə mühakimə olunduğu bildirilir. Zəncanda edama məhkum olmuş 5 nəfər isə qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlandığından dar ağacından xilas edilib.
İranın məhkəmə qurumlarının açıqladığı statistikaya əsasən, son bir neçə ildə qətl ittihamı ilə əlaqədar edam (qisas) cəzası almış mindən artıq məhkum qətlə yetirdikləri şəxslərin ailələri tərəfindən bağışlanıb.
Qətl ittihamı ilə məhkum olanların əhali tərəfindən bağışlanma hallarının kəskin artdığını müsbət qarşılayan hüquq müdafiəçiləri narkotik qaçaqmalçılığı və siyasi ittihamlar ilə əlaqədar edamların çoxalması və hakimiyyətin bununla bağlı BMT və beynəlxalq insan haqları təşkilatlarının bəyanatlarına məhəl qoymadığını tənqid edirlər.
İran İnsan Haqları Təşkilatı (İran HR) “Dövlət edam edir, əhali bağışlamağı seçir,” başlığı altında son bir neçə ildə əfv edilən edam məhkumları haqqında ətraflı hesabat yayıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu