PKK-nı iflic edən “beyin ölümü”: 193 nəfəri öldürmüşdü - VİDEO
Bizi izləyin

Dünya

PKK-nı iflic edən “beyin ölümü”: 193 nəfəri öldürmüşdü - VİDEO

PKK terror təşkilatının Türkiyədəki bir nömrəli adamı olan Əkrəm Güneyin ölümü təşkilatda şok effekti yaradıb.

Publika.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, PKK lideri mayın 2-də köməkçisi ilə birlikdə Licedə öldürülüb.

Əkrəm Güney Diyarbəkr vilayətinin Lice mahalında Hedik və Seyrək kəndləri arasında keçirilən əməliyyat zamanı öldürülən 13 terrorçu arasında olub. “Azad Siser” kod adlı terrorçunun ölümü PKK-nı sanki iflic edib.

Başına 4 milyon lirə (1 milyon 350 min dollar) mükafat qoyulan Güney “orta sahə” (Diyarbəkr, Ərzurum, Bingöl, Elazığ, Batman, Bitlis və Muş) üzrə cavabdeh olaraq 2014-cü ildə Türkiyəyə göndərilib. Təşkilatın silahlı qanadı HPG-nin 12 nəfərlik rəhbər heyətində iştirak edən Güney 24 ildir ki, dağ heyətində təmsil olunurdu.

O, Silvan, Sur və Bağlara gələn terrorçulara xüsusi olaraq seçib göndərib və Surdakı qarşıdurmaları koordinasiya edib.

Diyarbəkr, Ərzurum, Hakkari, Van, Bingöl baş prokurorluqları tərəfindən haqqında həbs qərarı verilən Güney 73 silahlı hücumun təşkilinə görə axtarılırdı. Bu hücumlarda aralarında əsgər, polis və mülki vətəndaşların olduğu 193 nəfər həyatını itirib. Onlardan biri mayor, biri isə polkovnik-leytenant olub.

Mayın 2-də öldürülən terrorçulardan 4-nün də onun yaxın mühafizəçiləri olduğu müəyyənləşdirilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm