Prezident 72 saat vaxt verdi: “Əks halda...”
Bizi izləyin

Dünya

Prezident 72 saat vaxt verdi: “Əks halda...”

Venesuela prezidenti Nikolas Maduro cinayətkar qruplaşmalara hakimiyyətə təslim olmaq və silahları təhvil vermək üçün 3 gün vaxt verib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, prezident bu barədə dövlət televiziyasının efirində bildirib.

“Sülh bağlamaq istəyən qrupların bunu etmək üçün 72 saat vaxtı var. Bizim uşaqlarımız dinc həyata layiqdirlər”, - prezident vurğulayıb.

Əks təqdirdə Maduro cinayətkar qruplaşmaları güc yolu ilə dağıdacağına söz verib. Onun sözlərinə görə, təslim olmaqdan imtina edən quldurlarla danışıqlar güc və silahın tətbiqi ilə aparılacaq. Dövlət başçısı əməliyyatlara polis, ordu və xüsusi təhlükəsizlik xidmətlərinin cəlb olunacağını deyib.

Müşahidəçilər qeyd edirlər ki, Venesuelada, o cümlədən paytaxt Karakasda cinayətkarlığın səviyyəsi bütün rekordları vurur. Bu göstəricilərin artmasına Venesuelada son vaxtlar yaranan ağır iqtisadi situasiya təsir edir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm