Dünya
Ermənistan parlamentində məxfi Qarabağ iclasının detalları – SƏS YAZISI
Ermənistan parlamentində müdafiə naziri Seyran Ohanyanın iştirakı ilə keçirilən Dağlıq Qarabağdakı vəziyyətə həsr olunmuş qapalı iclasın bəzi detalları ortaya çıxıb.
Publika.az xəbər verir ki, Regional Sabitlik və Təhlükəsizlik
Mərkəzinin əldə etdiyi məlumata görə, qapalı iclasdakı müzakirələr
erməniləri ciddi təşvişə səbəb olub.
Məlumatda deyilir ki, Ermənistan parlamentində Dağlıq Qarabağda
yaranmış vəziyyətə dair müdafiə naziri Seyran Ohanyanın da iştirak
etdiyi qapalı iclas ətrafında qalmaqal yaranıb. Belə ki, parlament
nüməyəndələrindən biri qapalı iclasın əsasən Seyran Ohanyanla bağlı
olan səs yazısını KİV-ə ötürüb.
Səs yazısında deputatların S. Ohanyana sualları və suallara
verilən cavablar erməni ictimaiyyətinin təşvişinə səbəb olub.
İclasda deputatlardan Ermənistanın keçmiş baş naziri Hrant
Baqratyan Ohanyana müraciət edərək, Dağlıq Qarabağda baş verən
itkilərin həddindən artıq olmasını, silah və texnikanın
çatışmamasının səbəbini soruşub. Ohanyan cavabında bunun maddi və
mənəvi tərəflərinin olduğunu bildirərək sualdan yayınmağa çalışıb.
Digər bir deputat Zaruhi Postancyan orduya gənclərin cəlb
olunmasına narazılığını bildirib, belə davam edərsə, erməni
millətinin kökünün kəsilməməsi üçün gənclərdən mayalanma nümunələri
götürülməli olacağını rişxəndlə deyib. Həmçinin iclasda orduya
ayrılan pulların mənimsənilməsi hallarına toxunulub. Şəxsən S.
Ohanyana ailəsinə mənsub “Mersedes” avtomobillərini və müxtəlif
tibb avadanlıqlarını ölkəyə gətirən “Avanqard” şirkəti barədə
suallar verilib. Hansı ki, bu şirkətin ölkəyə gətirdiyi məhsulları
dəyərindən dəfələrlə baha qiymətə Müdafiə Nazirliyinə satması
barədə xəbərlər yayılmışdı. Bundan başqa iclasda Dağlıq Qarabağda
hazırki vəziyyət, son dövrlər Ermənistanın imicinin zədələnməsi və
dəstəkçi dövlətlərin Qarabağ məsələsində səssiz qalması narahatlıq
yaradan məsələlər sırasında qeyd olunub. İclas Dağlıq Qarabağla
bağlı vəziyyət Ermənistanın əleyhinə dəyişərsə hansı addımların
atılacağı barədə fikir ayrılığı ilə sona çatıb.
Asif
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi