Dünya
Sarkisyanla Köçəryan sülh bağlayıb?
Ermənistan XİN-in keçmiş başçısı Vardan Oskanyanın Birlik Partiyası hökumət əleyhinə mitinqlər keçirməyəcək.
Axar.az xəbər
verir ki, bu barədə informasiyanı "Jamanak" qəzeti yayıb. Qəzet
partiyanın 2017-ci ildən tez heç bir məmurun istefasını tələb
etməyəcəyini də deyib.
Qeyd edək ki, Oskanyan eks-prezident Robert Köçəryanın əsas
adamlarından hesab edilir. Bəzi ekspertlər Köçəryanın məhz bunun
vasitəsilə öz siyasi ambisiyalarını reallaşdırmağı hədəflədiyini
bildirirlər.
Köçəryanın artıq siyasətə qayıtdığı göz önündədir. "Dördgünlük
müharibə"yə qədər, əsasən, Moskvada biznesini idarə edən Köçəryan
aprelin əvvəllərindən İrəvana qayıdıb. Evinə bomba atılması ilə
piarına başlayan eks-prezident ötən gün Azərbaycanın işğal altında
olan Dağlıq Qarabağ bölgəsinə gələrək, separatçıların lideri Bako
Saakyanla görüşüb.
Partiya yaratmazdan əvvəl Sərkisyana qarşı çox sərt çıxışlar edən
Oskanyan isə hazırda gözləmə mövqeyinə keçib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR