• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

NATO şokda: “Bu güclər Rusiya tərəfindən dağıdılacaq”

  • Dünya
  • 16 May 2016 13:22
  • 3 227 Baxış
NATO şokda: “Bu güclər Rusiya tərəfindən dağıdılacaq”

Şərqi Avropada Rusiya ilə müharibə olacağı halda NATO-nun operativ reaksiya gücləri çox zəif olacaq.

Publika.az xəbər verir ki, bu haqda Şimali Atlantika İttifaqındakı yüksək vəzifəli mənbələrə istinadən “The Financial Times” nəşri yazıb.

Operativ reaksiya güclərinin sayı beş min təşkil edir. Mənbələr qeyd edir ki, Polşa və Baltikyanı ölkələrə Rusiyanın təcavüzü halında operativ reaksiya gücləri “çox zəif” olacaq. Mənbələr bildirir ki, sözügedən güclər Almaniya sərhədindən şərqə hərəkət etmədən Kalininqrad vilayətində yerləşdirilən Rusiya gücləri tərəfindən dağıdılacaq.

“Rusiyada həm quruda, həm də dənizdə zenit və gəmi əleyhinə raketlər var. Kalininqrad və başqa regionlarda yerləşdirilən döyüş təyyarələri böyük ərazilərdə hərəkət etməyə qadirdir”, - ittifaqın rəsmi nümayəndəsi bu informasiyanı şərh edib.

Yaranmış vəziyyətdə NATO şərq sərhədləri boyunca böyük miqdarda güc saxlamağa məcbur olub. Ən əhəmiyyətli addımlardan biri kimi Latviya, Estoniya, Polşa və Litvada dörd batalyonun yerləşdirilməsi barədə qərar ola bilər. Bu qərar gözlənildiyi kimi, iyul ayında Varşavada keçiriləcək NATO sammitində qəbul ediləcək.

NATO-nunn baş katibi Yens Stoltenberq 2015-ci ilin yanvarında Şərqi Avropanın altı ölkəsində -Estoniya, Latviya, Litva, Rumıniya, Polşa və Bolqarıstanda ittifaqın nəzarət məntəqələri və operativ reaksiya güclərinin yaradılması planlarını təsdiq edib. Onlar milli qoşunlar və NATO qoşunları arasında bağlayıcı vasitə olacaqlar.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>