Zaxarovadan Çavuşoğluya həqarət: “Buna görə...”
Bizi izləyin

Dünya

Zaxarovadan Çavuşoğluya həqarət: “Buna görə...”

“Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Rusiyanın Su-24 bombardmançısının vurulmasından sonra istefaya getməli idi”.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici siyasət idarəsinin sözçüsü Mariya Zaxarova bildirib.

“Bunu Rusiya təyyarəsi vurulanda etmək lazım idi. Amma İŞİD-lə əlaqələrə görə istefaya getmirlər, həbsxanaya gedirlər”, - Zaxarova “Facebook”dakı səhifəsində yazıb.

Türkiyə Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu daha əvvəl bildirib ki, Rusiya İŞİD-in Türkiyə ilə əlaqəsini sübut edəcəyi halda, istefa verəcək: “Əgər Rusiya Türkiyənin İŞİD-ə kömək etdiyini sübut edərsə, mən istefa verməyə hazıram. Əgər siz öz iddialarınızı sübut edə bilməsəniz, mən sizi həyatınızın sonuna kimi bizim qonağımız olaraq Antalyaya dəvət edirəm”.

Xatırladaq ki, dünən mətbuat konfransında Rusiya Xarici İşlər Nazirliyinin başçısı “İslam dövləti” terror qruplaşmasının təchizatı üçün Türkiyə tərəfindən yaradılmış çox ciddi şəbəkənin olduğunu iddia edib.

Lavrovun sözlərinə görə, Türkiyə tərəfindən “yaradılan” şəbəkə maskalanmağa və İŞİD-in təchizatını davam etdirməyə imkan verir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm