Gürcüstanda 6 rus hərbçisi öldü, 16-sı yaralandı
Bizi izləyin

Dünya

Gürcüstanda 6 rus hərbçisi öldü, 16-sı yaralandı

Gürcüstanın işğal edilmiş Cənubi Osetiya bölgəsində Rusiya hərbi bazasının avtobusu qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu haqda “İnterfaks” agentliyinə Cənubi Osetiyanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Yerli vaxtla səhər saat təxminən 8:30 radələrində baş verən qəza nəticəsində Rusiyanın altı zabiti həlak olub, 16-sı yaralanıb. Bütün zərər çəkən hərbi qulluqçular Sxinvali şəhərinin xəstəxanalarına çatdırılıblar. Yaralılara müalicəsi üçün Moskvadan hərbi həkimlərdən ibarət qrup göndərilib.

Qeyd edək ki, 1990-cı ildə Gürcüstandan ayrılaraq birtərəfli qaydada müstəqilliyini elan edən Cənubi Osetiya de-fakto Rusiyanın işğalı altındadır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm