İtən təyyarədən yeni xəbər
Bizi izləyin

Dünya

İtən təyyarədən yeni xəbər

Misirin Hərbi-Dəniz Qüvvələri “Egyptair” aviaşirkətinin itən “Airbus A320” (MS804 reysi) təyyarəsinin qalıqlarını aşkar edib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Misir dövlət televiziyası bildirib.

Məlumata görə, qırıntılar və sərnişinlərin əşyaları İşkəndəriyyə limanından 290 kilometr şimalda tapılıb. Hazırda axtarışlar davam edir. Axtarış-xilasetmə əməliyyatlarına Misir, Yunanıstan, Fransa və ABŞ gəmiləri və hava qüvvələri cəlb edilib.

Qeyd edək ki, Parisdən Qahirəyə uçan sərnişin təyyarəsi Aralıq dənizinin üzərində mayın 18-i gecə saatlarında radarlardan itib. Laynerin içində 10 ekipaj üzvü və 66 sərnişin olub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm